Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa ölkələrində işlə təmin etmək və viza almaq adı altında insanları aldadanlar saxlanılıblar - Video

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən Ərşad Quluyev və Sevinc Aslanova saxlanılıblar...

Bu barədə Poliqon-a Daxili İşlər Nazirliyindən xəbər verilib.

Araşdırmalarla müəyyən edilib ki, bu şəxslər bir müddət əvvəl “Go Abroad” MMC adlı şirkət təsis edərək, müxtəlif vasitələr, o cümlədən sosial şəbəkələrdə xarici ölkələrdə yüksək məvacibli iş elanları verməyə başlayıb. Ərşad Quluyev və Sevinc Aslanova iş üçün onlara müraciət edən şəxsləri Almaniya, Hollandiya, İngiltərə və s. ölkələrdə iş, eləcə də viza ilə təmin edəcəklərinə dair yalan vədlər verərək 100-ə yaxın şəxsi dələduzluq yolu ilə aldadıblar. Zərərçəkənlərin hər birindən 1000-2000 manat aralığında müxtəlif məbləğlərdə pul vəsaitləri alınıb.
Faktlarla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.

Ərşad Quliyev barəsində məhkəmənin qərarı ilə istintaq müddətində həbs, Sevinc Aslanova haqqında isə alternativ qətimkan tədbiri seçilib.
Onlarla birlikdə dələduzluq əməllərində iştirak edən digər şəxslərin də saxlanılmaları istiqamətində tədbirlər davam etdirilir.
“Go Abroad” MMC və bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına müraciət edə bilərlər.

Poliqon.info


Etiket: DİN dələduzluq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

İsveçdə 35 yaşlı azərbaycanlı qətlə yetirilib

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Pentaqon İsraili dəstəkləmək üçün Yaxın Şərqdəki qüvvələri yenidən formalaşdırır

“Təhminə” “Zaur”un ad gününü belə təbrik etdi

“Qisas” antiterror əməliyyatından iki il ötür

Yasamaldakı MİDA yaşayış kompleksində yanğın olub - Foto,Video

Ən çox oxunanalar