Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanda peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçirilib

Naxçıvanda Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanına hazırlaşan əməkdaşlar üçün sınaq imtahanı təşkil edilib...

"Report"un yerli bürosu xəbər verir ki, muxtar respublikanın Maliyyə Nazirliyi tərəfindən Nazirlik Aparatının və yerli maliyyə orqanlarının İctimai sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanına hazırlaşan əməkdaşlarının biliklərinin qiymətləndirilməsi məqsədi ilə Dövlət İmtahan Mərkəzinin imtahan proqramına uyğun sınaq imtahanı təşkil edilib.

İmtahan başlamazdan öncə maliyyə nazirinin müavini Elvin Əlimərdanov Peşəkar Mühasib Sertifikatının əhəmiyyətini vurğulayıb və keçirilən təlimlərin maliyyə-mühasibatlıq sahəsi üzrə fəaliyyət göstərən əməkdaşların peşəkarlığının artırılması üçün zəruriliyini qeyd edib.

İyulun 19-dan başlayan və cari günədək təşkil olunan təlimlərdə tədris olunan mövzular ətrafında iştirakçılara PMS imtahanın qapalı sual formatına uyğun test kitabçaları hazırlanaraq təqdim olunub və imtahan 1 saat müddətində aparılıb.

İmtahan müddəti başa çatdıqdan sonra maliyyə üzrə təlimçi-ekspert Arif Ataxanlı tərəfindən iştirakçıların sınaq imtahanı üzrə suallarına geniş izahlar verilərək keçirilən mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, əməkdaşlar üçün təşkil edilən təlimlər həftədə iki dəfə onlayn olaraq “Zoom” platforması üzərindən, bir dəfə isə təlimçi-ekspert Arif Ataxanlı Naxçıvana dəvət edilərək əyani formada keçirilir.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ən çox oxunanalar