Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tayvan əhalisini Çin ordusunun işğalına hazırlayır

Taypey administrasiyası məcburi hərbi xidmət müddətini artırıb və ehtiyatda olan hərbçilər üçün təlim proqramını yeniləyib...

Poliqon xəbər verir ki, bu barədə Washington Post məlumat yayıb. Nəşr yazır ki, bu tədbirlər adanın müdafiə qabiliyyətini gücləndirmək və Pekini birləşmənin hərbi yolla həlli barədə iki dəfə düşünməyə məcbur etmək üçün həyata keçirilir, lakin indiyədək nəticələr arzuolunan deyil.

Qeyd edilir ki, Taypey 155.000 fəal əsgərini dəstəkləmək üçün peşəkar ehtiyat qüvvə yaratmaq istəyir. 2005-ci il və ya daha sonra doğulmuş bütün Tayvanlı kişilərdən bir illik xidmət üçün qeydiyyatdan keçmələri tələb olunur, təxminən 2 milyon keçmiş əsgər isə hər iki ildən bir yenidən təlim keçməlidir.

Lakin ada rəsmiləri ehtiyatda olan əsgərləri və çağırışçıları yetişdirmək planları ilə artıq qrafikdən geri qaldıqlarını etiraf ediblər. Yeni tətbiq edilən 12 aylıq təlim proqramında çağırışçıların yalnız 6%-i, yəni 6936 nəfəri iştirak edib. Əksəriyyət ilk növbədə universitetə getmək üçün möhlətdən istifadə edib.

WP qeyd edir ki, Tayvanın ordu hazırlığını artırmaqda ləng tərəqqisi Vaşinqton və Taybeydəki hərbi ekspertləri narahat edir. Təhlilçilər bildiriblər ki, yalnız təkmilləşdirilmiş təlim proqramları ada rəhbərliyinə ciddi olduqlarını göstərməyə kömək edəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Ən çox oxunanalar