İordaniyanın xarici işlər naziri Kral II Abdullahın mesajını İran prezidentinə çatdırıb...
Poliqon xəbər verir ki, İordaniyanın xarici işlər naziri əs-Səfadi kral II Abdullahın mesajı ilə İrana gəlib. Bu barədə İordaniyanın “Al Mamlaka” telekanalı məlumat yayıb.
“İordaniya Xarici İşlər Nazirliyinin rəhbəri Ayman əs-Səfədi Tehrana səfəri zamanı kral II Abdullahın mesajını İran prezidenti Məsud Pezeşkiana çatdırıb”, deyə xəbərdə bildirilir.
Əl-Səfadi bəzi xarici medianın İsrail hakimiyyətindən İrana mesaj gətirdiyi iddiasını təkzib edərək, Tehrana Pezeşkianın dəvəti ilə gəldiyini qeyd edib.
Nazir Yaxın Şərqi bütün region üçün dağıdıcı nəticələrə səbəb olacaq genişmiqyaslı müharibədən qorumağa çağırıb. Əs-Səfadi vurğulayıb ki, gərginliyin qarşısını almaq üçün ilk addım İsrailin Qəzza zolağına təcavüzünə son qoymaq olmalıdır.
Poliqon.info