Avqustun 2-də gecə saat 1 radələrində Sumqayıt şəhəri ərazisində 1975-ci il təvəllüdlü Sabit İsmayılovun kəsici-deşici alətlə qardaşı 1972-ci il təvəllüdlü Ədalət İsmayılova yüngül bədən xəsarətləri yetirməsi barədə polisə məlumat daxil olub...
Bu barədə Poliqon-a DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, sərxoş vəziyyətdə olan tərəflər arasında yaranan münaqişə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
***
APA xəbər verir ki, Sumqayıt şəhəri 10-cu mikrorayonda yaşayan 1975-ci il təvəllüdlü İsmayılov Sabit Məmməd oğlu aralarında baş vermiş münaqişə zəminində qardaşı 1972-ci il təvəllüdlü İsmayılov Ədalət Məmməd oğluna bıçaqla xəsarət yetirib.
Fakt araşdırılır.
Poliqon.info