Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyada etirazçılar miqrantların olduğu oteli yandırmağa cəhd ediblər

Böyük Britaniyada nümayişçilər qeyri-qanuni mühacirlərin müvəqqəti saxlandığı ikinci oteli yandırmağa cəhd ediblər...

Poliqon xəbər verir ki, bu barədə Sky News telekanalı məlumat yayıb.

Qeyd edilir ki, yüzlərlə ifrat sağçı fəaldan ibarət izdiham Cənubi Yorkşir əyalətinin Roterem şəhərində qeyri-qanuni miqrantların olduğu oteli yandırmağa cəhd etmişdi. Nümayişçilər pəncərələri sındıraraq otelə daxil olublar. Məlumata görə, onlar binanı yandırmağa, eyni zamanda çıxışları zibil qutuları ilə bağlamağa nail olublar.

Daha sonra polis fəalları oteldən uzaqlaşdıra bilib və növbəti hücumun qarşısını almaq üçün binanı mühasirəyə alıb. Polisin məlumatına görə, 10 asayiş keşikçisi yaralanıb, lakin otelin qonaqlarından xəsarət alan olmayıb.

Xatırladaq ki, Böyük Britaniyanın onlarla şəhərində böyük etirazlar bir neçə gündür ki, davam edir. İğtişaşlara səbəb iyulun 29-da 17 yaşlı yeniyetmə Aksel Rudakubananın uşaq rəqsi üzrə dərs zamanı bıçaqla hücum etdiyi Sautport şəhərində baş vermiş faciə olub. Hücum zamanı 3 qız uşağı həlak olub, daha 8 uşaq isə yaralanıb. Bundan əlavə, yoqa müəllimi və dərslərin keçirildiyi binanın əməkdaşı ağır yaralanıb. Hücum edən şəxs saxlanılıb.

“The Times” qəzetinin məlumatına görə, Rudakubana etnik Ruandalıdır, ailəsi vətənlərində soyqırımdan qaçmaq üçün Britaniyaya qaçıb.

Baş verən faciənin fonunda etirazçılar Britaniya hakimiyyətini krallığa nəzarətsiz immiqrasiyanı dayandırmağa çağırıblar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Ən çox oxunanalar