Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ Ev İsrailə qarşı yüksək təhdid riskinin olduğunu bildirib

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Con Fayner bildirib ki, ABŞ-ın Yaxın Şərqdəki məqsədi gərginliyi azaltmaqdır...

Polqion xəbər verir ki, Ağ Ev rəsmisi bu barədə CBS telekanalına danışıb. Faynerin fikrincə, İsrail üçün risk və təhdidlərin səviyyəsi yüksəkdir.

“Düşünürəm ki, məqsədimizin gərginliyi azaltmaq olduğunu açıq şəkildə bildirdik. Məqsədimiz İsraili qorumaqdır”, deyə Fayner CBS-ə bildirib.

Ağ Ev rəsmisi hesab edir ki, İsrail-HƏMAS arasında girov müqaviləsi tezliklə bağlanmalıdır, çünki “regionda risk səviyyəsi və təhdid səviyyəsi çox yüksəkdir” və Qəzzadan kənarda bbaş verən xarici hadisələr danışıqları daha da çətinləşdirə bilər.

Prezidentin köməkçisinin müavini tərəfləri danışıqlara qayıtmağa və razılıq əldə etməyə çağırıb. Eyni zamanda, Fayner qeyd edib ki, Birləşmiş Ştatlar “vəziyyəti nəzarətdə saxlamağa və vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çalışır.

İyulun 31-nə keçən gecə Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürülüb. İran və HƏMAS bu qətldə İsraili günahlandırır. İsrail rəsmiləri hadisədə iştirakını nə təsdiq, nə də təkzib ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Ən çox oxunanalar