Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Monqolustan və ABŞ bir çox sahələrdə razılığa gəliblər

Monqolustan və ABŞ iqtisadiyyat, enerji və təhsil sahələrində əməkdaşlıq haqqında razılığa gəliblər...

Monqolustan və ABŞ bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı fəal şəkildə inkişaf etdirmək niyyətindədirlər.

Poliqon xəbər verir ki, bu barədə Monqolustan dövlətinin başçısı Uxnaaqiyn Xurelsuxun ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündən sonra mətbuat xidməti məlumat verib.

“Tərəflər strateji tərəfdaşlıq çərçivəsində enerji, təhsil, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, ticarət və iqtisadiyyat sahələrində qarşılıqlı faydalı əməkdaşlığı fəal şəkildə inkişaf etdirmək barədə razılığa gəliblər”, deyə Monqolustan prezidentinin saytında bildirilir.

Tərəflər Ulan-Batorun su təchizatının 80% yaxşılaşdırılmasına dair Monqolustan hökumətinin və Amerika Minilliyin Çağırış Fondunun birgə proqramının həyata keçirilməsinin iki ölkə xalqları arasında dostluq rəmzi olduğunu qeyd ediblər. Söhbət iki müəssisənin, dərin su təmizləyici stansiya və su emalı zavodu tikintisindən gedir. Monqolustan hökumətinin bu layihəyə yatırımı 111 milyon dollar, Amerika fondunun töhfəsi isə 350 milyon dollar olacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Fransada Makrona qarşı etiraz aksiyası keçirilir

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Ən çox oxunanalar