Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehran nüvə silahı əldə edib?

İran parlamentinin 12-ci çağırış deputatı, parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının keçmiş üzvü Əhməd Ərdəstani Tehranın nüvə silahı (NS) əldə etdiyini təxmin edib...

Oxu.Az xəbər verir ki, bu barədə İranın "Khabar-e Online" agentliyi məlumat yayıb.

Siyasətçi bu qənaətə İran hakimiyyətinin İsrailə və ABŞ-nin İraqdakı bazasına hücumu zamanı əminliyinə əsaslanıb.

"Deyəsən, İran nüvə silahı əldə edib, buna görə də İsrail ərazisinə və ondan əvvəl İraqın Ayn əl-Əsəddəki ABŞ bazasına hava hücumu həyata keçirə biləcəyinə belə əmin idi", - Ərdəstani bildirib.

O, aydınlaşdırıb ki, İranın həqiqətən də nüvə silahı istehsal edə bildiyinə tam əmin olmaq olmaz, lakin Tehran alimləri dəfələrlə bu silahı yaratmağa çox yaxınlaşdığını bəyan ediblər. Buna cavab olaraq ABŞAvropa hökumətləri Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İrandakı nüvə fəaliyyətlərini daim izləməsində israrlıdırlar.

Xatırladaq ki, bundan əvvəl İranın prezidenti Məsud Pezeşkian demişdi ki, Qərb İranın dinc nüvə proqramı ətrafında qəsdən böhran yaradıb və Tehran Vaşinqtonu yanaşmasını dəyişməyə çağırır.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun baş tutacaq

Ən çox oxunanalar