Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aşıqlar Elnarə Abdullayevanı peşman etdi

Əməkdar artist Elnarə Abdullayevanın "Xanımdan aşıq olmaz" sözlərinə aşıqlardan sərt reaksiya gəlib...

Axşam.az xəbər verir ki, aşıq Samirə Əliyeva "Show news" verilişinə açıqlamasında xanəndəni lağa qoyub:

"Elnarə xanım tez-tez hikmətli sözlər deyir. İnsanı düşünməyə və düşündürməyə vadar edir, belə də davam etsin. Çox ağıllı fikir söyləyib. Sözdür budu? Gülürəm o sözə, vəssalam. Gülüncdür. Yox bir, hələ imtahan da verəcəm".

"Elnarə xanım, bir sözdür deyib. Yəqin çaşıb. Sənətin kişisi, qadını yoxdur. Elnarə nəyinsə xatirinə deyib. Ağzından bir sözdü çıxarıb, o da uçub gedib" deyə, aşıq Ulduz Sönməz deyib.

Sədaqət Ulduzqızı da Abdullayevanın sözlərinə sərt reaksiya verənlərdən olub. O, müğənnini tənqid edib:

"Söz deyəndə, bilməlidir ki, sənətkar kimdir, nədir, yaradıcılığı necədir. Görmür ki, qadın aşıqlar var? O vaxt anam ona demişdi ki, "Elnarə, nədir demisən". Qayıtmışdı ki, ağzımdan çıxdı da. Sənəti və sənətkarın əziyyətini inkar etmək olmaz".

Aşıq Telli Borçalı isə qalmaqala qoşulmaq istəməyib və "Heç nə demək istəmirəm. Yalandan nə deyim? Elnarə nə düşünür, özü bilsin" söyləyib.

pia.az


Etiket: Aşıqlar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

Ən çox oxunanalar