Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sıxılma mərhələsində olan ekzoplanet aşkar edilib

TESS kosmik teleskopu “yeniyetməlik” dövründə olan ekzoplanet müəyyən edib

Onun yaşı 50 milyon ildən kiçikdir və hələ sıxılma mərhələsini bitirməyib. Trend-in məlumatına görə, bu planet başqa ekzoplanetlərlə müqayisədə nisbətən yerə yaxın - 144 işıq ili məsafədə yerləşir. Buna görə də “Jeyms Veb” kosmik teleskopu onun atmosferini tədqiq edə biləcək, bu da planetlər sisteminin təkamül yollarını daha çox öyrənməyə imkan verəcəkdir.

Qeyd edək ki, ekzoplanetlərin parametrləri onların yaşından asılı olaraq çox dəyişir. Başqa cisimlərlə qarşılıqlı qravitasiya nəticəsində onların orbitinin parametrləri də dəyişir. Ana ulduzların yüksək enerjili şüalanması atmosferin itkisinə səbəb olur. Qaz nəhənglərinin həcmi zaman keçdikcə soyuma nəticəsində kiçilir.

ABŞ-nın Dartmut kollecindən olan Elizabet Nyutonun rəhbərliyi ilə bir qrup DS Tuc Ab ekzoplanetinin kəşfini təsdiqləyiblər. İlk dəfə bu kəşf 2018-ci ilin noyabrında TESS orbital teleskopunun müşahidələrinin analizi nəticəsində müəyyən olunub. O ekzoplanet yerdən 144 işıq ili məsafədə yerləşən vizual ikiqat ulduz sisteminin G6V spektral sinfindən olan ulduzun ətrafında dolanır. Ekzoplanetin bir ili 8.1 yer gününə bərabərdir. Onun temperaturu 577 ℃ qiymətləndirilir.(trend)

Pia.az


Etiket: ekzoplanet

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

Ən çox oxunanalar