Cümə, 28 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nar” qəbul imtahanında yüksək nəticə əldə edən gəncləri mükafatlandıracaq

“Nar” ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentləri hər il olduğu kimi bu il də mükafatlandıracağını elan edir. Ən yüksək nəticə göstərən gənclər mobil operator tərəfindən xüsusi mükafatlarla təltif olunacaqlar.

Müasir təhsildə texnologiyanın gücünə inanan “Nar” tezliklə universitet tələbələrini daha rahat ünsiyyət üçün smartfonlar və yüksək məbləğdə balansı olan xüsusi mobil nömrələrlə mükafatlandıracaq. Bu hədiyyələr tələbələrin universitet həyatına daha rahat inteqrasiyasını təmin edəcək və onlar üçün yeni öyrənmə imkanları açacaq.

“Nar” 2018-ci ildən etibarən qəbul imtahanlarında maksimum bal toplayan tələbələri mükafatlandırır. Mobil operator BMT-nin davamlılıq məqsədlərinə uyğun olaraq, KSM strategiyasının əsas istiqaməti kimi təhsilə dəstəyə xüsusi diqqət göstərir və bu gün təhsili təşviq etməklə sabahın daha parlaq gələcəyinə töhfə verir. “Nar”ın həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat üçün nar.az saytına daxil ola bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir və son 5 ildir ki, Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Poliqon.info


Etiket: Nar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Pensiyaçılara sevindirici xəbər: Artımın məbləği açıqlandı - Video

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - Yenilənib

Sumqayıtda yanğın zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Azərbaycanda kərə yağının qiyməti bahalaşdı - Video

"Dəyəri 13 min olsa da, yeddi min manata belə yaxın duran yoxdur" - Taksi sürücüsü şikayətləndi

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - Yenilənib

Rusiya hərbi gəmiləri Bakı buxtasında - Fotolar

Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarılıb - Yenilənib

Azərbaycanda beş seçki dairəsinin adı dəyişdirilib - Siyahı

Türkiyənin ilk astronavtı BDU-nun Məzun Günündə iştirak edib

Ən çox oxunanalar