Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqtondan verdiyi açıqlamalar fonunda O'Brayenin Azərbaycan səfərindən gözləntilər...

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O'Brayen Azərbaycanda səfərdədir...

Politoloq: “Ceyms O'Brayenin dediklərində həqiqət var. AzərbaycanErmənistan arasında sülh məsələsinin həll edilməsi və kommunikasiyaların, xüsusilə də Zəngəzur dəhlizinin açılması gələcəkdə regiona, ümumlikdə dünya iqtisadiyyatına çox böyük tövhə verəcək”.

“Regional kommunikasiya xətlərinin açılması, yəni Zəngəzur dəhlizinin açılması çox vacibdir. Azərbaycan tərəfi də dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan üçün yox, bütün region üçün çox mühüm əhəmiyyət kəsb edir”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O'Brayenın Azərbaycan səfərini Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O'Brayen Azərbaycanda səfərdədir. Bundan əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O'Brayen Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində çıxış edərək, Bakıya gözlənilən səfərinin mövzusuna toxunub. O'Brayen bildirib ki, ABŞ İlham Əliyevə artıq sülhün vaxtının çatması barədə mesajı çatdırılıb və əlavə edib ki, regiondakı qeyri müəyyən vəziyyət həm də Mərkəzi Asiyaya təsir edir. Çünki ixracatın Azərbaycan üzərindən keçməsi üçün regiona sülh lazımdır.

ABŞ-ın sülhlə bağlı sərgiləndiyi bu mövqeni necə dəyərləndirmək olar və Vaşinqtonun tələsməsi həm də Zəngəzur dəhlizinin tezliklə açılması ilə bağlıdır? Ümumiyyətlə, Vaşinqtondan verdiyi açıqlamalar fonunda O'Brayenin bu səfərindən gözləntilər nədir?

ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülhün bağlanmasındakı marağını Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

Zeynal Əmrəliyev: “Zəngəzur dəhlizinin açılması həm Mərkəzi Asiya ölkələrinin inkişafına təkan verəcək, həm də Çinlə Qərb arasındakı iqtisadi münasibətlərə çox yüksək dərəcədə təsir edəcək”.

Artıq bütün ölkələrin iqtisadi dividentləri başa düşdüklərini düşünən politoloq Polqion-a açıqlamasında qeyd edib ki, biz Ceyms O'Brayenin açıqlamalarında da bunun şahidi oluruq:

Azərbaycan hər zaman tranzit ölkə kimi əhəmiyyət kəsb edib. Yəni qədimdən Azərbaycan Çini Qərblə birləşdirən ticarət yolunun mərkəzi olub. Bu da Azərbaycana hər zaman böyük siyasi və iqtisadi divident gətirirdi. Lakin Ermənistanın səbəb olduğu müharibə Cənubi Qafqaz regionunun iqtisadi təsirini azaltdı. Buna görə də, alternativ yollardan istifadə etməyə başladılar. Bu yollar da istər Qərb ölkələri, istərsə də Çin üçün kifayət qədər problemli yollardır. Ən yaxşı yol Azərbaycandan keçən bölgələr arasında iqtisadi əlaqələri təmin edən yoldur.

Buna görə də, istər Avropa ölkələri, istər ABŞ, İstərsə də Çin çalışır ki, Azərbaycanla Ermənistan arasında olan məsələlər həll olunsun və sülh bağlansın. Artıq bütün ölkələr iqtisadi dividentləri başa düşürlər. Biz Ceyms O'Brayenin açıqlamalarında da bunun şahidi oluruq. Onun regiona məhz bununla bağlı gəldiyi görünür.

Zeynal Əmrəliyev: “Zəngəzur dəhlizi region ölkələri üçün də çox böyük iqtisadi və siyasi dividentlər gətirə biləcək böyük bir layihədir”.

Qeyd edim ki, regional kommunikasiya xətlərinin açılması, yəni Zəngəzur dəhlizinin açılması çox vacibdir. Azərbaycan tərəfi də dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan üçün yox, bütün region üçün çox mühüm əhəmiyyət kəsb edir. Bu Mərkəzi Asiya ölkələrinin birtərəfli inkişafının qarşısını alacaq. Yəni Mərkəzi Asiya ölkələri Cənubi Qafqazdakı vəziyyətə görə uzun müddət Qərbə inteqrasiya oluna bilmirdi, Qərb bazarlarına çıxa bilmirdi.

Beləliklə də, Zəngəzur dəhlizinin açılması həm Mərkəzi Asiya ölkələrinin inkişafına təkan verəcək, həm də Çinlə Qərb arasındakı iqtisadi münasibətlərə çox yüksək dərəcədə təsir edəcək. Eyni zamanda, Zəngəzur dəhlizi region ölkələri üçün də çox böyük iqtisadi və siyasi dividentlər gətirə biləcək böyük bir layihədir.

Buna görə də, Ceyms O'Brayenin dediklərində həqiqət var. AzərbaycanErmənistan arasında sülh məsələsinin həll edilməsi və kommunikasiyaların, xüsusilə də Zəngəzur dəhlizinin açılması gələcəkdə regiona, ümumlikdə dünya iqtisadiyyatına çox böyük tövhə verəcək”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Ən çox oxunanalar