Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan millisi Slovakiyaya uduzub - Yenilənib

Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. 

"Report"un məlumatına görə, Canni De Byazinin baş məşqşi olduğu komanda C Liqasının 3-cü qrupunda Slovakiyanı qəbul edib. 

III tura təsadüf edən matçın əvvəli qonaqların üstünlüyü şəraitində keçsə də, tədricən təşəbbüsü ələ alan Azərbaycan millisi ardıcıl 2 epizodda təhlükəli hücumla yadda qalıb.

Əvvəlcə Azər Salahlının sol cinahda iki oyunçunu keçdikdən sonra qapı qarşısına iti ötürməsinə Emin Mahmudov istədiyi kimi zərbə endirə bilməyib. Ardınca isə Renat Dadaşov qapıçı ilə təkbətək dueldən məğlub ayrılıb. Hücumun davamında Salahlı topu ələ keçirsə də, fürsətdən yararlana bilməyib.

Hissənin sonlarına doğru Ramil Şeydayev sağ cinahda topu qəbul etsə də, qapıya zərbə endirmək mümkün olmayıb. Komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

Tərəflər ikinci yarıya daha ehtiyatlı başlayıblar. 46-cı dəqiqədə Renat Dadaşovun yerinə meydana Mahir Emreli daxil olub. 55-ci dəqiqədə isə Qara Qarayev Riçard Almeydanı əvəzləyib. 1 saatın tamamında qonaqların fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev mane olub. 

Yığmanın kapitanı Maksim Medvedev zədələndiyi üçün 65-ci dəqiqədə Bədavi Hüseynovla əvəzlənib. 76-cı dəqiqədə rəqibin oyunçusu Lukaş Qaraslinin zərbəsi təhlükəli alınsa da, qapının yanından keçib. Baş məşqçi Canni De Byazi 79-cu dəqiqədə Abbas Hüseynova şans verib. 27 yaşlı müdafiəçi Emin Mahmudovun yerinə meydana daxil olub.

81-ci dəqiqədə Slovakiya millisinin futbolçusu Vladimir Vayss hesabı açıb. 83-cü dəqiqədə Lukaş Qaraslinin fərqi iki topa çatdırmasına Şahruddin Məhəmmədəliyev icazə verməyib. İki dəqiqə sonra Qaraslin topu qapıdan keçirsə də, oyundan kənar vəziyyət qeydə alınıb. 

Beləliklə, qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə bitib - 1:0. 

Qeyd edək ki, ilk turda Qazaxıstan seçməsinə 0:2 hesabı ilə uduzan Azərbaycan millisi daha sonra Serbiyada Belarusla qolsuz bərabərə qalıb. Komanda iyunun 13-də IV turda Bakıda Belarus yığmasını qəbul edəcək. Qrupun digər görüşündə Qazaxıstan Belarusla qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

***

Azərbaycan və Slovakiya milli komandaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 80-ci dəqiqədə qonaqların heyətində Vladimir Vayss fərqlənib.

***

Azərbaycan və Slovakiya milli komandaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyununda birinci hissə başa çatıb.

"Report"un məlumatına görə, "Dalğa Arena"dakı qarşılaşmada komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

***

Azərbaycan və Slovakiya milli komandaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunu başlayıb.

"Report"un məlumatına görə, "Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da start götürüb.

Matçı litvalı hakim Donatas Rumsas idarə edir.

***

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda üz-üzə gələcək Azərbaycan və Slovakiya milli komandalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, yığmalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı 4. Bəhlul Mustafazadə 5. Maksim Medvedev (k) 6. Höccət Haqverdi, 8. Emin Mahmudov 9. Renat Dadaşov 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 18. Cəlal Huseynov, 20. Riçard Almeyda

Slovakiya: 1 Rodák (GK) 2C Pekarík 3 De Marco 4 Valjent 5 Šatka 6 Strelec 10 Rusnák 11 Suslov 13 Hrošovský 17 Haraslín 22 Lobotka

Qeyd edək ki, bu gün "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay