Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski: Qərb maliyyələşməni dayandırsa, pensiyaçılar öləcək...

Ukrayna prezidenti Volodimir Zelenski Latviya prezidenti Edqar Rinkeviçlə keçirdiyi mətbuat konfransında Rusiyanın dondurulmuş aktivlərinin istifadəsindən indiyədək heç bir "məlum nəticənin" olmadığını bildirib...

Poliqon xəbər verir ki, Zelekskinin sözlərinə görə, Ukrayna dondurulmuş Rusiya aktivlərinin istifadəsindən hələ heç bir real nəticə əldə etməyib.

Eyni zamanda, Ukrayna prezidenti bildirib ki, Kiyev Rusiyanın dondurulmuş aktivlərindən faiz vergisi şəklində Belçikadan 1,7 milyard avro alacaq. Söhbət dondurulmuş aktivlərin təkrar investisiyasından əldə edilən gəlirdən gedir. Onun sözlərinə görə, bu, ilk nəzərəçarpacaq addımdır.

Ukrayna prezidenti əlavə edib ki, Kiyev təxminən 15-18 milyard avro gəlir əldə etməkdə maraqlıdır.

Yanvarın 10-da Bloomberg Agentliyi bildirib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynanın yenidən qurulmasına ödəniş etmək üçün təxminən 300 milyard dollar dəyərində dondurulmuş Rusiyanın aktivlərinin müsadirəsinə imkan verən qanunvericilik tədbirlərinin qəbulunu dəstəkləyir.

Zelenski həmçinin bildirib ki, Qərb dövlətləri ölkəni maliyyələşdirməyi dayandırsa, ukraynalı təqaüdçülər öləcək.O, qeyd edib ki, Ukrayna hakimiyyəti ölkənin pulu ilə çox şey alır, lakin kənardan maliyyə olmadan Kiyev pensiyaçılara ödəniş bilməyəcək.

"Mən yazıq görünmək istəmirəm, amma pensiya olmasa, qocalar öləcək. 11 milyondan çox pensiyaçımız var - Avropada daha az pensiyaçı olan azı bir başqa ölkə varmı?", deyə Zelenski bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Ən çox oxunanalar