Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Haniyənin öldürülməsinə İran növbəti dəfə simvolik cavab verəcək?..

HƏMAS lideri İsmayıl Haniyənin Tehrana öldürülməsindən sonra İran çox ağır vəziyyətə düşüb...

Politoloq: “Bu ciddi hadisədir. Söhbət İranın paytaxtı Tehranda çox incə əməliyyatdan gedir”.

İranın İsraillə bağlı və yaxud HƏMAS-ın, “Hizbullah”ın İsraillə bağlı addım atma imkanlarını nəzərdən keçirsək görərik ki, İsrail bu məsələləri çox yaxşı nəzərdən keçirib”.

Bu sözləri politoloq Zaur Məmmədov Tehranda Haniyənin öldürülməsinin nəticələrini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, Haniyənin öldürülməsindən sonra İran çox ağır vəziyyətə düşüb. Çünki söhbət paytaxt tehranda raketlə İranın qonağının öldürülməsindən gedir və bu həm də İranın suverenliyinə qəsddir. Digər tərəfdən, yayılan məlumata görə Aİ və ABŞ İranın bu qəsdə simvolik cavab verməsi üçün diplomatik səy göstərirlər.

İran növbəti dəfə İsrailin faktiki əməliyyatlarına simvolik cavab verərsə, bu, ölkənin imicinə necə təsir edəcək?

İranda baş verənləri Poliqon-un əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Bir məsələ şübhə doğurmur ki, Haniyənin ölümündə İrandan olan qüvvələr də iştirak edib. Çünki zərbə çox dəqiq endirilib”.

Bu hadisənin İranın imicinə təsirsiz ötüşməyəcəyini nəzərə çatdıran politoloq qeyd edib ki, HƏMAS liderinin öldürülməsinin necə olmasında və hansı planlarla aparılmasında qapalı məqamlar var:

“Bu ciddi hadisədir. Söhbət İranın paytaxtı Tehranda çox incə əməliyyatdan gedir. Eyni zamanda söhbət HƏMAS rəhbərinin İranda öldürülməsindən gedir. Bu hadisə İranın imicinə təsirsiz ötüşməyəcək. HƏMAS liderinin öldürülməsinin necə baş verməsi və hansı planlarla həyata keçirilməsində çoxlu qapalı məqamlar var. İranda bu sui-qəsdlə bağlı detalaları açıqlamayıb. Lakin bir məsələ şübhə doğurmur ki, Haniyənin ölümündə İrandan olan qüvvələr də iştirak edib. Çünki zərbə çox dəqiq endirilib. İsraillə əməkdaşlıq edənlər kəşfiyyat agentləri də ola bilər, yaxud da, İranda hansısa qruplaşma bu sui-qəsddə maraqlı olub. Hadislərin inkişafı bunu qismən də olsa, ortaya qoyacaq.

Zaur Məmmədov: “İran müharibədən qaçmaq üçün növbəti dəfə İsrailə icazəli və simvolik cavab verəcək”.

İranın İsraillə bağlı və yaxud HƏMAS-ın, “Hizbullah”ın İsraillə bağlı addım atma imkanlarını nəzərdən keçirsək görərik ki, İsrail bu məsələləri çox yaxşı hesablama aparıb. Düşünürəm ki, bu həm də İrana olan xəbərdarlıqdır.

Sözsüz ki, Yaxın Şərqdə baş verənlər İsrailin qəti şəkildə Yaxın Şərqlə bağlı öz dövlətinə qarşı çağırışları həll etməsi üçün bir ilə yaxındır ki, aktiv mərhələyə keçməsi siyasi kontekstində baş verməkdədir. Buna görə də düşünürəm ki, İsrail İranla müharibəyə də hazırdır və zənn edirəm ki, bu müharibə Netanyahunun maraqlarına xidmət edəcək.

Ona görə də hesab edirəm ki, İran müharibədən qaçmaq üçün növbəti dəfə İsrailə icazəli və simvolik cavab verəcək”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

900-cü qolunu vuraraq rekorda imza atan Kriştianu Ronaldu "təlxək" adlandırılıb    

Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərini öz aralarında böləcək    

Siyarto: Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək    

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Ən çox oxunanalar