Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin həqiqətən də Avropaya zərbə endirə bilərmi?

ABŞ 2026-cı ildə Almaniyada uzaq mənzilli raketləri yerləşdirmək vədinə əməl edərsə, Rusiya Qərbi Avropanın zərbə məsafəsində hücum raketlərini yerləşdirmək niyyətindədir...

Poliqon Defence News-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Hərbi Dəniz Qüvvələri Günü münasibətilə keçirilən bayram tədbirləri zamanı deyib.

Onun sözlərinə görə, Rusiya ABŞ-ın, onun peyklərinin Avropada və dünyanın digər regionlarında hərəkətlərini nəzərə alaraq nüvə başlıqları daşıya bilən bu silahların yerləşdirilməsi üçün "güzgü tədbirləri" görəcək. Putin əlavə edib ki, Amerikanın Almaniyada orta mənzilli raketlər yerləşdirmək planları Rusiya Federasiyası üçün təhlükə yaradır.

"Gələcəkdə nüvə başlıqları ilə təchiz oluna biləcək bu cür raketlərin ərazimizdəki hədəflərə yaxınlaşma müddəti təxminən 10 dəqiqə olacaq", deyə Putin vurğulayıb.

Defense News xatırladıb ki, iyulun 10-da Ağ Ev ABŞ-ın 2026-cı ildə Almaniyada adi raketlərin "epizodik yerləşdirilməsinə" başlamağı planlaşdırdığını bəyan edib. Bəyanatda deyilir ki, bu uzunmənzilli adi atəş bölmələrinə SM-6, Tomahawk və Avropadakı hazırkı quru atəş gücündən əhəmiyyətli dərəcədə daha uzun məsafəyə malik olan hipersəs silahları hazırlanacaq.

Rusiya raketləri və silahlara nəzarəti araşdıran Vyana Silahsızlanma və Silahların Yayılmaması Mərkəzinin baş elmi işçisi Nikolay Sokov Defence News-a yazdığı elektron poçtda qeyd edib ki, Moskvanın hansı raketləri istifadə etməyə və ya yerləşdirməyə çalışacağı hələ bəlli deyil.

O əlavə edib ki, quruda əsaslanan "Caliber" açıq seçimdir və 2026-cı ilə qədər inkişaf etdirilməsi və sınaqdan keçirilməsi asan olacaq. Bundan başqa, "İskəndər"lərin çeşidinin artırılması və ya fəaliyyəti dayandırılmış "Rubij" layihəsinin canlandırılması gündəmdə ola bilər.

Nəşr vurğulayır ki, "İsgəndər" raketləri artıq Kalininqrad və Belarusda yerləşdirilib, daha uzun mənzilli sistemlər isə Rusiya ərazisinin dərinliklərində yerləşdirilə bilər ki, bu da hər iki tərəfin erkən xəbərdarlıq vaxtını artıracaq.

"ABŞ-ın 2010-cu illərdə xidmətdə olduğuna inandığı 9M729 qanadlı raket də var", deyə Kaliforniyadakı Ceyms Martin Silahların Yayılmaması Mərkəzinin tədqiqatçısı Maykl Duitsman Defence News-a elektron poçtla bildirib.

Onun sözlərinə görə, Putin bazar günü çıxışında sahil artilleriyasının da daxil olduğu sahil qoşunlarından bəhs edib:

"Rusiya ordusu Ukraynadakı yer hədəflərini vurmaq üçün bu sistemlərdən ikisini, Bal və Bastion sistemlərindən istifadə edib. "Oniks-M" raketləri ilə Kalininqradda yerləşən "Bastion" bölməsi hipotetik olaraq Polşanın bütün ərazilərini vura bilər".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

900-cü qolunu vuraraq rekorda imza atan Kriştianu Ronaldu "təlxək" adlandırılıb    

Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərini öz aralarında böləcək    

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Siyarto: Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək    

Güclü küləyin Qubada yaratdığı fəsadlar: Sakinlər təhlükə altındadırlar

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Son zamanlar dəb olan yenilik: Göz rəngi əməliyyatı edənlər şəxsiyyət vəsiqəsini dəyişməlidirlər?

“4 aylıq oğlumu 3 saatdan sonra Qazaxda tapdım” - Qərbi Azərbaycan Xronikası

Ən çox oxunanalar