Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: İsrail NATO-da dəyişiklik etmək üçün imkanlara sahib deyil...

İsrailin xarici işlər naziri Türkiyənin NATO-dan çıxarılmasını istəyib...

Azər Qasımov: "Ərdoğanın İsrail haqqında dediklərindən sonra İsrael Katsın verdiyi bəyanatı təbii qarşılamaq lazımdır".

"Türkiyənin İsrailin Qəzzada antiterror əməliyyatı aparmasını nə qədər də qəbul etməsələr də, belə radikal fikir bildirməsi bir ölkəyə qarşı irtica hesab olunur".

Bu sözləri politoloq Azər Qasımov İsrailin xarici işlər nazirinin Türkiyənin NATO-dan çıxarılması istəyini Poliqon-a şərh edərkən qeyd edib.

İsrailin xarici işlər naziri İsrael Kats Rəcəb Tayyib Ərdoğanın təhlükəli bəyanatlar verdiyini deyərək Türkiyənin NATO-dan çıxarılmasını istəyib. O, ölkənin diplomatlarına təcili olaraq bütün NATO üzvləri ilə əlaqə saxlamağı tapşırıb. Kats onlardan tələb edib ki, Türkiyənin NATO üzvü olan ölkələr tərəfindən pislənməsinə və onun ittifaqdan çıxarılmasına nail olsunlar.

İsrailin Türkiyə əleyhinə belə demarşı nədən xəbər verir və Təl-Əviv NATO-da hansısa dəyişiklik etmək üçün imkanlara sahibdirmi?

Türkiyə-İsrail münasibətlərini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: "Ərdoğanın İsrailə də daxil olarıq kimi bəyanatı yerində olmayan bəyanat oldu".

İsraelin verdiyi bəyanatda da qəbul edilməyən məqamların olduğunu düşünən politoloq qeyd edib ki, Ərdoğanın şəxsinə yönəlik təhdid məqsədli ritorika qəbuledilməzdir:

"Ərdoğanın İsrail haqqında dediklərindən sonra İsrael Katsın verdiyi bəyanatı təbii qarşılamaq lazımdır. Hesab edirəm ki, Ərdoğanın İsrailə də daxil olarıq kimi bəyanatı yerində olmayan bəyanat oldu.

Türkiyənin İsrailin Qəzzada antiterror əməliyyatı aparmasını nə qədər də qəbul etməsələr də, belə radikal fikir bildirməsi bir ölkəyə qarşı irtica hesab olunur. Türkiyənin fəaliyyəti ancaq beynəlxalq hüquq çərçivəsində ola bilər və bu, digər ölkələrlə birlikdə həyata keçirilməlidir.

İsrailin verdiyi bəyanatda da qəbul edilməyən məqamlar var. Ərdoğanın şəxsinə yönəlik təhdid məqsədli ritorika qəbuledilməzdir. NATO məsələsi isə İsrailin gücü və səlahiyyəti xaricində olan işdir. Tel-Əviv NATO-da dəyişiklik etmək üçün imkanlara sahib deyil".

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Ağ Partiyasının sədri Tural Abbaslının deputatlığa namizədliyi qeydə alınıb

Əri tərəfindən binadan atılan Ayşənin görüntülərini yayan "Xaqocan" həbs

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu

“Linkoln”un baş məşqçisi: “Qarabağ” çox güclü idi

“WhatsApp”dan yeni funksiya: istifadəçilərin həyatını asanlaşdıracaq

Ən çox oxunanalar