Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Haniyənin öldürülməsi... - Bu, İranda təhlükəzsizlik məsələlərinin zəif olduğunu ortaya qoyurmu?

HƏMAS lideri İsmayıl Haniyə Tehranda öldürülüb...

Politoloq: "İsrailin Tehranda İsmayıl Haniyəni qaldığı evdə PUA və ya yaxud raketlə vurması birbaşa Tehranın suverenliyini və təhlükəsizliyini təhdid etdi".

"Göründüyü kimi, İranın fəxr etdiyi güclü təhlükəsizlik sistemi və havadan müdafiə imkanları çox zəifdir".

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə HƏMAS lideri İsmayıl Haniyə Tehranda öldürülməsini Poliqon-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi, HƏMAS lideri İsmayıl Haniyə Tehranda öldürülüb. Haniyənin öldürülməsinin təfərrüatları açıqlanmasa da, HƏMAS liderinin İsrail tərəfindən məhv edilməsi şübhə doğurmur.

Haniyənin İranda öldürülməsi nəyə işarə edir və bu sui-qəsd İranda təhlükəzsizlik məsələlərinin zəif olduğunu ortaya qoyurmu? Digər təfərdən, Haniyənin öldürülməsi İsrail-HƏMAS danışıqlarına necə təsir edəcək və bundan sonra Qəzzada atəşkəsə ehtimal vermək olar?

Mövzunu Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: "Belə bir əməliyyatın Hizbullah lideri Həsən Nəsrullahın aradan götürülməsi istiqamətində keçirilməsi də istisna deyil".

İsrailin bu əməliyyatının İranın təhlükəsizlik orqanlarında boşluğun və agentura şəbəkəsinə malik olduğunu göstərdiyini vurğulayan politoloq bildirib ki, bununla İranın hakimiyyət sisteminə və təhlükəsizliyinə nəzarət edən SEPAH nüfuzuna ciddi zərbələr dəyəcək:

"İsrailin Tehranda İsmayıl Haniyəni qaldığı evdə PUA və yaxud raketlə vurması, birbaşa Tehranın suverenliyini və təhlükəsizliyini təhdid etdi. Bu, İsrailin İrana müharibə elanıdır. Tehranın dəvət etdiyi ali qonağa qarşı hücum şərqdə yaxşı qarşılanmır. İsrail İranın havadan müdafiə sistemlərini yarmaqla, ali qonağın iqamətgahına zərbə endirib. Görünür, İranın hava müdafiə sistemlərinə kiber müdaxilə edilməklə, sistem yararsız hala gətirilib. Belə bir zərbələr İranın prezident sarayına və Ali dini rəhbərin iqamətgahına endirilən bilər.

Göründüyü kimi, İranın fəxr etdiyi güclü təhlükəsizlik sistemi və havadan müdafiə imkanları çox zəifdir. Təbii ki, İsrail ABŞ razılığı olmadan belə bir əməliyyat keçirdi bilməzdi. Belə bir əməliyyat Hizbullah lideri Həsən Nəsrullahin aradan götürülməsi istiqamətində keçirilməsi istisna deyil.

Məhəmməd Əsədullazadə: "Təbii ki, İsrail ABŞ razılığı olmadan belə bir əməliyyat keçirdi bilməzdi".

İsrailin bu əməliyyatı İranın təhlükəsizlik orqanlarında boşluğun və agentura şəbəkəsinə malik olduğunu göstərir. Bununla, İranın hakimiyyət sisteminə və təhlükəsizliyinə nəzarət edən SEPAH nüfuzuna ciddi zərbələr dəyəcək. Prezidentin SEPAH və təhlükəsizlik orqanları işinə müdaxilə edə bilməməsi, bu qurumun özünü düzəltmək kimi islahatlara getməsi gözlənilmir. Artıq siyasi hakimiyyətdə güc strukturlarına inamsızlıq sindiromu yaranacaq.

İranın yeni prezidenti çətin sınaqlarla üz-üzədir. Bir tərəfdən ölkənin təhlükəsizliyi strukturlarında deqradasiyaya baş verib. Həmçinin İsraillə münasibətlər hərbi müstəviyə keçib. İsrailin Livanda Hizbullaha qarşı hərbi əməliyyatları İsrail-İran müharibəsinin fitilini çəkə bilər. Prezident Məsud Pezeşkian ilk gündən çətin siyasi karyerası ilə üzləşib".

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Ən çox oxunanalar