Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlyas Hüseynov: İranla Ermənistan arasında olan yaxınlaşmalar geopolitik anlam daşıyır...

Paşinyan yeni seçilmiş prezident Məsud Pezaşkianın andiçmə mərasimində iştirak edib...

Politoloq: "Nikol Paşinyan İranla əlaqələrə mühüm önəm verir".

"İrəvan ona görə İranla əlaqələrə üstünlük verir ki, Ermənistan üçün nəqliyyat dəhlizlərində yer almaq çox əhəmiyyətlidir".

Bu sözləri politoloq İlyas Hüseynov Ermənistanın baş nazirinin İranın yeni seçilmiş prezidentinin andiçmə mərasimində iştirak etməsini Poliqon-a şərh edərkən qeyd edib.

Paşinyan həm İbrahim Rəisinin dəfnində, həm də dünən yeni seçilmiş prezident Məsud Pezaşkianın andiçmə mərasimində iştirak edib.

Ermənistanı ABŞ-ın və Fransanın ayaqları altına atan Paşinyanın özünü bu qədər İrana yaxın tutması nədən xəbər verir?

İran-Ermənistan münasibətlərini Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: "İran Ermənistan vasitəsilə dünyaya və Qərbə açılmaq məqsədlərini güdür".

İran Ermənistan yaxınlaşması özünü Türkiyə-Azərbaycan qardaşlığına, dostluğuna qarşı bir mühüm gücə çevrilmək niyyətlərinin mövcud olduğunu vurğulayan politoloq əlavə edib ki bu baxımdan Nikol Paşinyan İranla münasibətlərə xüsusi önəm verir, çox intensiv danışıqlar, səfərlər müşahidə olunu:

"Qeyd etmək lazımdır ki, Nikol Paşinyan İranla əlaqələrə mühüm önəm verir. Xüsusilə, biz 44 günlük Vətən müharibəsindən sonra İranla Ermənistan arasında yaxınlaşmanı gördük və bu yaxınlaşma özünü müxtəlif səviyyələrdə göstərirdi. Eyni zamanda, İranla Azərbaycan arasında da münasibətlər gərginləşdi. İranın Azərbaycan sərhədlərində hərbi təlimlər keçirməsi, siyasi və dini funksionerlərinin ökəmizə yönəlik mesajları, Tehrandakı səfirliyimizə silahlı basqın edilməsi və digər çoxsaylı hadisələr iki ölkə arasında olan münasibətləri zədəliyirdi. Bunun arxasında həm də Tehran və İrəvan arasında yaxınlaşması dayanırdı.

Seyid İbrahim Rəisinin dəfnində iştirak edən Paşinyan həm də yeni seçilmiş prezident Məsud Pezeşkianın andiçmə mərasimində də iştirak etdi. İranın Ali Dini Lideri ilə də görüş keçirildi və burada Zəngəzur dəhlizinə yönəlik fikirlər İranın ali dini lideri tərəfindən səsləndirildi. Bildirildi ki, Zəngəzur dəhlizi Ermənistanın zərərinədir.

Eyni zamanda, biz ciddi şəkildə geopolitik anlamda Ermənistanİran arasında sıx münasibətləri görürük. İran ona görə İranla əlaqələrə üstünlük verir ki, Ermənistan üçün nəqliyyat dəhlizlərində yer almaq çox əhəmiyyətlidir. İran uzun müddətdir ki, Ermənistan üzərindən nəqliyyat marşrutunu işə salmağa çalışır. Şübhəsiz ki, buna çoxlu sərmayə lazımdır və eyni zamanda siyasi dəstək önəmlidir.

İlyas Hüseynov: "Ermənistan üçün də, İran o anlama gəlir ki, Fars körfəzi qlobal Cənuba çıxış imkanı daşıyır və mühüm nəqliyyat marşrutları istiqamətində yer tutmağa çalışır".

İranla Ermənistanı bir sıra məqamlar var bağlayır. İran Ermənistan vasitəsilə dünyaya və Qərbə açılmaq məqsədlərini güdür. Çünki Nikol Paşinyan həm də Qərb tərəfdarıdır, Qərb təlimatlarını yerinə yetirir, Sorosun yetirməsidir. Digər tərəfdən, Ermənistan üçün də, İran o anlama gəlir ki, Fars körfəzi qlobal Cənuba çıxış imkanı daşıyır və mühüm nəqliyyat marşrutları istiqamətində yer tutmağa çalışır. Erməni ekspertləri də bunu gizlətmirlər. Eyni zamanda, həm də İran Ermənistan yaxınlaşması özünü Türkiyə-Azərbaycan qardaşlığına, dostluğuna qarşı mühüm gücə çevrilmək niyyətlərində göstərir. Bu baxımdan, Nikol Paşinyan İranla münasibətlərə xüsusi önəm verir, çox intensiv danışıqlar aparılır, səfərlər reallaşır.

Qeyd edim ki, İranla Azərbaycan arasında olan münasibətlər hazırda yaxınlaşmağa doğru gedir, müxtəlif müsbət meyilli mesajlar var, Azərbaycanın Tehrandakı səfirliyi də yeni inzibati binada öz işini bərpa etdi. Hətta buna baxmayaraq, İranın Ermənistandakı səfiri Mehdi Subhani çox anlaşılmaz açıqlamalar verir və bununla regional məsələlər müstəvisində çox böyük ziddiyyətlər meydana gəlir. Amma mənə elə gəlir ki, İranla Ermənistan arasında olan yaxınlaşmalar geopolitik anlam daşıyır".

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Ağ Partiyasının sədri Tural Abbaslının deputatlığa namizədliyi qeydə alınıb

Əri tərəfindən binadan atılan Ayşənin görüntülərini yayan "Xaqocan" həbs

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu

“Linkoln”un baş məşqçisi: “Qarabağ” çox güclü idi

“WhatsApp”dan yeni funksiya: istifadəçilərin həyatını asanlaşdıracaq

Ən çox oxunanalar