Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi beynəlxalq gündəmin bir nömrəli məsələsinə çevrilib...

Siyasi-şərhçi: “Belə görünür ki, 2-3 gün ərzində bu qədər əməliyyat keçirməklə, İsrail müharibəni genişləndirməkdə maraqlıdır”.

“Mən belə başa düşürəm ki, bu çoxşaxəli bir əməliyyatdır və İsrail çalışır ABŞ-ın daxili siyasətinə, xüsusən də seçkilərə təsir göstərsin”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu İran və Tehranın proksi qüvvələri ilə İsrail və Qərb arasında qarşıdurmanın total müharibəyə çevrilməsi riskini Poliqon-a şərh edərkən qeyd edib.

Hazırda HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi beynəlxalq gündəmin bir nömrəli məsələsinə çevrilib. Söhbət hər şeydən əvvəl Yaxın Şərqdə müharibənin Qəzzadan başqa ərazilərə sıçramasımdan gedir. İsrailin “Hizbullahi”a son hücumundan sonra isə bu təhlükə daha da böyüyüb. Ümumiyyətlə isə hazırda Yaxın Şərqdə hadisələr xaotik şəkildə inkişaf edir.

İran və onun proksi qüvvələri ilə İsrail və Qərb arasında qarşıdurmanın total müharibəyə çevrilməsi riski nə qədər böyükdür və hadisələrin inkişafında daha hansı qüvvələr münaqişəyə cəlb oluna bilərlər?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Müharibə olarsa, əlbəttə, oraya artıq böyük güclər cəlb olunacaq və bu böyük müharibə olacaq”.

Müharibənin genişlənməsinə cavab verməyin çox çətin olduğunu bildirən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, bu İranın adekvat addımından asılı olacaq:

“Son günlər İsrail və ona qarşı döyüşən qüvvələr arasında, ilk növbədə də HƏMAS və Hizbullah cəbhəsində baş verənlər Yaxın Şərqdəki müharibənin genişlənməsinə şərait yaradır. Sual olunur ki, niyə məhz indi bu baş verdi. Mənim fikrimcə, artıq bu gün bir şey aydındır. İsrailin Qəzzadakı əməliyyatı faktiki olaraq iflasa uğraylb. Qəzzanı darmadağın etdilər, 40 mindən yuxarı insanları (onlardan da 30 mindən yuxarı qadın və uşaqlardır) qətlə yetirdilər. Amma İsrail hakimiyyəti və ordusu 10 ay müddətində nə HƏMAS-a qalib gələ, nə də girovlarl azad edə bildi. Bu Netanyahu hökümətinin aşıq-aşkar iflasıdır.

İsrail dövləti faktiki olaraq, artıq dünyada təcavüzkar dövlət kimi tanınır. ABŞ-nin İsraili müdafiə etməsinə baxmayaraq, artıq bu qaçılmazdır ki, indiki İsrail höküməti Qəzzada törətdiyi cinayətlərə görə gec-tez beynəlxalq məhkəmə qarşıslnda cavab verəcək. Artıq hər kəs qəbul edir ki, İsrail təcavüzkar dövlətdir və Fələstində faktiki olaraq soyqırım həyata keçirir.

İndi İsrail bütün bu məsələləri arxa planda buraxmaq üçün və həmçinin Netanyahu höküməti özünün qoruyub-saxlamaq üçün müharibənin fiziki olaraq genişlənməsində maraqlıdır. Təsadüfi deyil ki, Netanyahunun ABŞ-a səfəri və bunun ardınca bu addımların atılması, o cümlədən bir İran müşavirinin Beyrutda öldürülməsi, eyni zamanda Hizbullah hərbi qanadının rəhbərlərindən birinin öldürməsi və nəhayət İran ərazisində İsmayıl Haniyənin qətlə yetirilməsi və faktiki olaraq başqa bir dövlətin ərazisinə raket hücümü müharibə səbəbləridir bə yəüin ii, biz yaxın zamanlarda bu müharibənin coğrafiyasının genişlənməsinin şahidi olacağıq.

Belə görünür ki, 2-3 gün ərzində bu qədər əməliyyat keçirməklə, İsrail müharibəni genişləndirməkdə maraqlıdır. Həmçinin də, İsrail başa düşür ki, İranı müharibəyə cəlb edə bilsə, ABŞ öz müttəfiqlik öhdəliklərinə sadiq qalmalı olacaq. Bu halda bu günkü Demokratlar administrasiyası müharibəyə qoşulmağa məcbur olacaqlar. Həm də adminstrasiya seçim qarşısında qalacaq.

Ərəstun Oruclu: “Demokratların elektratının böyük hissəsi İsrailə qarşıdır, bir hissəsi də sadəcə İsrailə nifrət edir. Əgər Demokratlar müharibəyə dəstək versələr, bu halda uduzacaqlar”.

Əgər ABŞ Demokratları müharibəyə qoşulmayacaqsa, təbii ki, müttəfiqlik öhdəliklərini yerinə yetirməyəcəklər. Bu halda da, Demokratlar qarşıdan gələn seçkilərdə ciddi itki verəcəklər. Halbuki onlar yeni namizəd irəli sürməyə hazırlaşmaqla faktiki olaraq Trampı və Respublikaçıları üstələməyə başlayıblar.

Demokratların elektratının böyük hissəsi İsrailə qarşıdır, bir hissəsi də sadəcə İsrailə nifrət edir. Əgər Demokratlar müharibəyə dəstək versələr, bu halda da yenə uduzacaqlar.

Mən belə başa düşürəm ki, bu çoxşaxəli bir əməliyyatdır və İsrail çalışır ABŞ-ın daxili siyasətinə, seçkilərə təsir göstərsin. Həmçinin də dediyim kimi Netanyahu adminstrasiyası özünü qorxusun və Qəzzadakı hərbi əməliyyatları, törətdiyi cinayətləri arxa plana keçirsin. Bunun niyyəti, məqsədi bu idi.

Müharibənin genişlənməsinə cavab vermək çox çətindir. Çünki bu İranın adekvat addımından asılı olacaq. İran bu təhqiri, bu şilləni həzm edəcəkmi, yoxsa buna adekvat cavab verərək İsrailin hansısa ərazilərini, bazalarını vuracaqmı sualının cavabı da aydın deyil.

Təbii ki, İran hansısa addımlar atacaq və bunu böyük qələbə kimi təqdim edəcək. Bununla da məsələ bitəcəkmi? Xeyir, bitməyəcək. Çünki İsrail böyük müharibə törətmək istəyirsə, bu davam edəcək. İsrail başqa addımlar atacaq, hərbi aksiyalar həyata keçirəcək ki, İranı hökmən müharibəyə sövq etsin. Mənim gördüyüm budur.

Ərəstun Oruclu: “Bu gün görünən budur ki, müharibədə ən maraqlı olan tərəf İsraildir. Amma bu müharibənin olub-olmaması İranın davranışlarından asılı olacaq”.

Əgər həqiqətən müharibə baş verərsə, bu artıq böyük müharibə olacaq. Biz bilik ki, bu yaxınlarda İsrailə qarşı mübarizə aparan Fələstin və digər qruplaşmaların rəhbərləri ilə Çin xarici işlər naziri arasında danışıqlar oldu. Eyni zamanda, Çin İsmayıl Haniyənin qətlə yetirilməsini kəskin pislədi.

Biz bilirik ki, Rusiya da bu müharibənin olmasında maraqlıdır. Ona görə ki, bu halda diqqət Ukrayna savaşından xeyli dərəcədə yayınacaq.

Eyni zamanda biz görürük ki, İsrail bu müharibədə maraqlıdır. Bu gün görünən budur ki, müharibədə ən maraqlı olan tərəf İsraildir. Amma bu müharibənin olub-olmaması İranın davranışlarından asılı olacaq. Müharibə olarsa, əlbəttə, oraya artıq böyük güclər cəlb olunacaq və bu böyük müharibə olacaq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Ən çox oxunanalar