Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Ermənistan Qərbin xeyrinə casusluq edir və İranın mövqeyini öyrənməyə çalışır...

Belə görünür ki, Azərbaycanla İran arasında əlaqələr Ermənistanla İran arasında olan münasibətlər qədər isti və strateji əhəmiyytəli deyil...

İlyas Hüseynov: “Azərbaycanla İran arasında olan gərginliyi daha şişirtməyə çalışan rəsmi İrəvan buradan özünə siyasi və təhlükəsizlik dividentlərinə idialı idi”.

“Paşinyan Pezeşkianın inaqurasiya mərasiminə qatılmaqla İrəvan və Tehran arasında münasibətlərdə yaxınlığı nümayiş etdirmək niyyətini ifadə etdi”.

Bu sözləri politoloq İlyas Hüseynov İranın AzərbaycanErmənistanla olan münasibətlərini Poliqon-a şərh edərkən qeyd edib.

İyulun 15-də Azərbaycanla İran arasında aparılmış danışıqlar nəticəsində Azərbaycanın bu ölkədəki səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Eyni zamanda Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti fəaliyyəti Tehranda Azərbaycanın İrandakı səfirliyini ziyarət edib.

Göründüyü kimi, iki ölkə arasında münasibətlər müsbət istiqamətdə irəliləyir. Lakin belə görünür ki, Azərbaycanla İran arasında əlaqələr Ermənistanla İran arasında olan münasibətlər qədər isti və strateji əhəmiyytəli deyil. İranın Ali dini lideri Əli Xameneinin Paşinyanla iki gün əvvəl baş tutan görüşü də bunu əyani sübut etdi.

Bu konteksdə Azərbaycan-İranErmənistan-İran münasibətlərinin gələcəyini necə proqnoz etmək olar?

İran-Azərbaycan münasibətlərini Poliqon-un əməkdaşı STM-in sektor müdiri, Politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Paşinyanın bir-biri ilə antaqonist mövqedə olan, bu və ya digər formada 2 qlobal müharibənin iştirakçısı olan dövlətlərlə təmasları dövlətçiliyin tamamilə itirilməsi ilə nəticələnə bilər”.

İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin də ermənipərəstliyindən geri qalmadığını xatırladan politoloq bildirib ki, hər vəchlə İran-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışan bəyanatlar səsləndirir:

“Vətən müharibəsindən sonra Ermənistan-İran münasibətlərində inkişaf hiss olunmağa başladı. Bununla Ermənistan Azərbaycan-Türkiyə müttəfiqliyinə qarşı İrandan istifadə etməyi düşünürdü. Hətta Azərbaycanla İran arasında olan gərginliyi daha şişirtməyə çalışan rəsmi İrəvan buradan özünə siyasi və təhlükəsizlik dividentlərinə idialı idi.

Azərbaycanİran liderlərinin dövlət sərhədində görüşü Bakı və Tehran münasibətlərini yeni mərhələyə daşıdı. Tehranda yeni və əzəmətli binada Azərbaycan səfirliyinin fəaliyyətə başlaması da Azərbaycan-İran münasibətlərində “perezaqruzka” anlamını kəsb edir.

Buna baxmayaraq, İranın Prezidenti Rəisinin helikopter qəzasında həlak olmasını da erməni ekspertlər öz maraqları naminə şərh etməkdən çəkinmirdilər. Ardınca doktor Pezeşkianın İranda prezident seçilməsi ilə həyəcan keçirən Ermənistanın siyasi esteblişmenti öz riyakar simasını yenidən ortaya qoydu. Qərbə doğru inteqrasiya etməyi əsas prioritet seçən və antiRusiya ritorikasını genişləndirən Ermənistanın baş naziri Nikol Paşinyan Pezeşkianın inaqurasiya mərasiminə qatılmaqla İrəvan və Tehran arasında münasibətlərdə yaxınlığı nümayiş etdirmək niyyətini ifadə etdi.

Kilsə, diaspora və Qarabağ erməniləri ilə bağlı böyük problemlər yaşayan Ermənistanın baş naziri Nikol Paşinyan İrandan mədət ummaq istədi. Ermənistan müstəqil olduqdan sonra öz suveren maraqlarını Rusiyaya təhvil verdikdən sonra indi də Qərblə münasibətlərə üstünlük verməklə İranla mehriban qonşuluq siyasəti yürütməyə çalışır. Qlobal məkanda bir-biri ilə mübarizə müstəvisindən olan güc mərkəzləri ilə paralel münasibətlər qurmağın mümkünsüzlüyü hər kəsə bəllidir.

İlyas Hüseynov: “Geosiyasi planda öz subyektliyini itirən Ermənistana bu gün bütün güc mərkəzləri yol göstərməyə, hansı cəmiyyətin, mədəniyyətin, təhlükəsizlik çətirinin və iqtisadi formasiyanın doğru və ideal olduğunu sübuta yetirməyə çalışırlar”.

Ermənistanın ərazisində Avropa İttifaqının “mülki” missiyası yerləşdikdən sonra İranın bu xüsusda narazılığını göstərən bəyanatları ilə yanaşı, Paşinyan Avropa ilə münasibətlərdə artan dinamikanı saxlamağa çalışdı. ABŞ-la Ermənistan arasında keçirilən “Eagle Partner” hərbi təlimləri, ABŞ dövlət katibinin müavinlərinin ard-arda İrəvana səfərləri, Aİ-nin Ermənistanda missiyasının qalıcı olması, gələcəkdə bu “missiyanın” hərbi bazaya çevrilmək perspektivləri, ABŞ-ın Ermənistanda həddindən artıq böyük səfirliyinin fəaliyyət göstərməsi, Fransadan alınan silahlar, Aİ Sülh Fondundan ayrılan vəsaitlər rəsmi Tehran üçün də siqnal olmalıdır.

Bununla yanaşı, İranın Ermənistandakı səfiri Mehdi Sübhani də ermənipərəstliyindən geri qalmır, hər vəchlə İran-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışan bəyanatlar səsləndirir.

İşin ən qəribə və anlaşılmaz tərəfi bundan ibarətdir ki, ABŞ İrəvanı “demokratiya cəfakeşi”, “məzlum demokratiya sevdalısı” gözündə görürsə, İranla Ermənistanın təmaslarına müəmmalı şəkildə göz yumulur. Bəlkə də bu təmaslarda Ermənistan Qərbin xeyrinə casusluq edir və İranın mövqeyini öyrənməyə çalışır.

Ermənistanın baş naziri Nikol Paşinyanla İranın ali dini lideri Əli Xamenei görüşündə Zəngəzur dəhlizinin Ermənistanın maraqlarının xeyrinə olmadığı bildirildi. Maraqlıdır ki, son dövrlər Rusiya, ABŞİran rəsmiləri Ermənistanın maraqları daha uca səslə haqqında danışır və Ermənistan bütün qütblərlə bərabərhüquqlu münasibətlər qurmağa çalışarkən, vassal mövqeyindən xilas ola bilmir.

Ermənistanın “sülh kəsişməsi” şousu da öz nəticəsini vermədi və Paşinyanın niyyəti Tehran tərəfindən qəzəblə qarşılandı. Digər tərəfdən, İranın ali dini lideri Əli Xameneinin Fransanı və Parisdə keçirilən Olimpiya oyunlarının açılış mərasimində baş verən vakxanaliyanı tənqid etməsi də Paşinyan üçün nəticə çıxarılmalı fikirlər olmalıdır. Əslində Paşinyanın özü də bacısı Makron kimi LGBT ideyalarını təbliğ edir və onlar üçün bu cür açılış mərasimlərində “şoular” adi haldır.

Geosiyasi planda öz subyektliyini itirən Ermənistana bu gün bütün güc mərkəzləri yol göstərməyə, hansı cəmiyyətin, mədəniyyətin, təhlükəsizlik çətirinin və iqtisadi formasiyanın doğru və ideal olduğunu sübuta yetirməyə çalışırlar. Paşinyanın bir-biri ilə antaqonist mövqedə olan, bu və ya digər formada 2 qlobal müharibənin iştirakçısı olan dövlətlərlə təmasları dövlətçiliyin tamamilə itirilməsi ilə nəticələnə bilər. Tarix boyu bu cür müxtəlif stullarda oturan siyasətçilərin acı aqibətinin şahidi olmuşuq. Paşinyan da onların yolu ilə əmin addımlayır”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Ən çox oxunanalar