Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Paşinyanı qəbul edən İranın Ali dini lideri Əli Xameneyi bildirib ki, “Zəngəzur dəhlizi”nin açılması Ermənistanın maraqlarını ziddir...

Millət vəkili: “Məncə, bu Ermənistanda da birmənalı şəkildə qarşılanan məsələ olmayacaq. Çünki bir müstəmləkə dövlətin adından ancaq belə bəyanat vermək olar”.

“Əvvəl-axır Qərbin İranla toqquşan maraqları Ermənistanı İrana qarşı yenə bir “təpik siyasəti”nə getməyə məcbur edəcək”.

Bu sözləri millət vəkili Fazil Mustafa İranın Ali dini liderinin Paşinyanı qəbul edərkən “Zəngəzur dəhlizi” barədə verdiyi açıqlamasını Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Paşinyanı qəbul edən İranın Ali dini lideri Əli Xameneyi bildirib ki, “Zəngəzur dəhlizi”nin açılması Ermənistanın maraqlarını ziddir. Paşinyan isə cavabında bildirib ki, o əvvəldən transregional layihələrə qarşı çıxıb.

Xameneyinin Paşinyana nəyin Ermənistanın maraqlarına cavab verdiyini deməsi onu deməyə əsas verirmi ki, artıq Ermənistan İranın satellitinə çevrilir?

İran-Ermənistan münasibətlərini Poliqon-un əməkdaşı millət vəkili Fazil Mustafa ilə müzakirə edib.

Fazil Mustafa: “Əminəm ki, Ermənistan-İran qardaşlığı uzun sürməyəcək”.

Bu məsələnin Azərbaycanı qətiyyən narahat etmədiyini vurğulayan millət vəkili Poliqon-a bildirib ki, Azərbaycan dünyada olan Fransa, İran və digər erməni dövlətlərinin hansısa bir şəkildə maraqlarına zərər verməsinə imkan verməyəcək:

“Xameneyinin Paşinyanla Ermənistanın general- qubernatoru kimi danışması sevindiricidir. Çünki bildiyimiz kimi, İran mahiyyət üzrə üçüncü erməni dövlətidir. Xameneyi indi bunu o izi itirmək üçün söyləyir ki, guya onlar Ermənistana öz müstəmləkələri kimi baxırlar. Yəni özlərinin erməni dövləti olduğunu inkar edirlər.

İranın Ermənistanın adından bu formada danışması, Ermənistanın adından onun maraqlarını təmin etməsinin özü düşündürücüdür. Məncə, bu Ermənistanda da birmənalı şəkildə qarşılanan məsələ olmayacaq. Çünki bir müstəmləkə dövlətin adından ancaq belə bəyanat vermək olar.

Fazil Mustafa: “Bu qardaşlıqdan imtina etməkdən başqa Ermənistanın çıxış yolu qalmayacaq”.

Bu məsələ Azərbaycanı qətiyyən narahat etmir. Çünki Azərbaycan dünyada olan Fransa, İran və digər erməni dövlətlərinin hansısa bir şəkildə maraqlarına zərər verməsinə imkan verməyəcək. Biz sadəcə qonşuluq prinsiplərinə qətiyyətlə əməl edirik ki, hansısa bir problem yaşanmasın. Amma qonşuluq prinsiplərini pozmaq üzərindən hansısa bir davranış, Azərbaycanın milli maraqlarına qarşı hansısa fikirlər səsləndirmək bu ölkənin özünə xeyir gətirməyəcək.

Əminəm ki, Ermənistan-İran qardaşlığı uzun sürməyəcək. Çünki əvvəl-axır Qərbin İranla toqquşan maraqları Ermənistanı İrana qarşı yenə bir təpik siyasətinə getməyə məcbur edəcək. Bu qardaşlıqdan imtina etməkdən başqa Ermənistanın çıxış yolu qalmayacaq. Ermənistan mütləq bu qardaşlıqdan imtina etməlidir.

Bu zaman da İranın bu pərtliyini nə ilə əsaslandıracağını gözləyək”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni yaradılmış Zeyd Döyüş Mərkəzinin (ZEYD FİGHT CENTER) ünvanı Baki İdman Sarayıdır

Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – Yenilənib

900-cü qolunu vuraraq rekorda imza atan Kriştianu Ronaldu "təlxək" adlandırılıb    

Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərini öz aralarında böləcək    

Antiterror əməliyyatının indiyədək açıqlanmayan detalları

Siyarto: Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək    

Ermənistanla sülh müqaviləsi və sərhədlərin delimitasiyası: Beynəlxalq KİV-lər İlham Əliyevin Cernobbio Forumundakı çıxışından yazıb

Güclü küləyin Qubada yaratdığı fəsadlar: Sakinlər təhlükə altındadırlar

Ən çox oxunanalar