Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahu: İsrail çətin günlər yaşayır, Beyrutdan təhdidlər gəlir...

İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə və Hizbullah komandiri Fuad Şükrün ölümündən sonra xalqa müraciət edib...

Poliqon xəbər verir ki, onun sözlərinə görə, İsrail çətin günlər yaşayır, lakin istənilən ssenariyə hazırdır

CNN telekanalının məlumatına görə, Netanyahu çıxışı zamanı qeyd edib ki, İsrail son bir neçə gündə düşmənlərinə dağıdıcı zərbələr vurub.

"Üç həftə əvvəl biz HƏMAS-ın hərbi lideri Məhəmməd Deyfə hücum etdik. İki həftə əvvəl Husilərə hücum etdik, bu, Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən ən genişmiqyaslı hücumlardan biri idi. Dünən Hizbullahın hərbi lideri Fuad Şükrə hücum etdik", deyə o, HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə toxunmadan bildirib.

Netanyahu deyib ki, İsrail çətin günlər yaşayır, Hizbullah-dan təhdidlər alır:

"Bunlar çətin günlərdir. Beyrutdan təhdidlər gəlir. İstənilən ssenariyə hazırıq. Bizə pislik edən, övladlarımızı öldürən, vətəndaşlarımızı öldürən hər kəslə hesablaşacağıq. Millətimizə zərər verənin başına qan gələcək".

Netanyahu həmçinin Qəzzada müharibəyə son qoyması ilə bağlı əvvəlki çağırışları xatırladaraq, müharibənin məqsədlərinə çatana qədər döyüşü davam etdirmək əzmində olduğunu təkrarlayıb: "Mən o vaxt təslim olmamışam və bu gün də imtina etməyəcəyəm".

İyulun 31-də Fələstinin HƏMAS qruplaşmasının lideri İsmayıl Haniyə Tehrandakı iqamətgahında öldürülüb. İranın Mehr xəbər agentliyinin məlumatına görə, Haniyə ilə birlikdə onun mühafizəçilərindən biri də öldürülüb. KİV-in məlumatına görə, bu, İsrailin hücumu olub. İsrail bu barədə şərh vermir.

Ötən şənbə günü İsrailin faktiki nəzarətində olan Qolan təpələrinə raket hücumu həyata keçirilib. Nəticədə 12 uşaq ölüb. İsrail zərbəyə görə aylardır ölkənin şimalını sistematik şəkildə atəşə tutan Livanın iranyönlü Hizbullah qrupunu günahlandırıb. Hizbullah bildirib ki, raket onların yox, başqasının olub.

İsrail hökuməti bildirib ki, Hizbullah bu hücumla İsrail ordusunun Livana genişmiqyaslı müdaxiləsi məsələsini gündəmə gətirib. İsrail həmçinin Livanın cənubundakı Hizbullah hədəflərinə bir sıra hava və artilleriya zərbələri endirib.

İyulun 30-da axşam saatlarında İsrail Hizbullah-ın raket hücumu nəticəsində israilli uşaqların öldürülməsinə cavab olaraq Livanın paytaxtı Beyruta zərbələr endirib. Hizbullah-ın komandiri öldürülüb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

900-cü qolunu vuraraq rekorda imza atan Kriştianu Ronaldu "təlxək" adlandırılıb    

Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərini öz aralarında böləcək    

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Siyarto: Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək    

Güclü küləyin Qubada yaratdığı fəsadlar: Sakinlər təhlükə altındadırlar

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Son zamanlar dəb olan yenilik: Göz rəngi əməliyyatı edənlər şəxsiyyət vəsiqəsini dəyişməlidirlər?

“4 aylıq oğlumu 3 saatdan sonra Qazaxda tapdım” - Qərbi Azərbaycan Xronikası

Ən çox oxunanalar