Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Laçın rayonu ərazisində Azərbaycan Ordusunun 4 nəfər hərbi qulluqçusunun- Emnalıyev Asif Qəhrəman oğlu, Səmədov Tural Maşallah oğlu, Şahmarlı Emin Oqtay oğlu və Cəbrayılov Fərid Famil oğlunun meyitlərinin aşkar edilməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub...

Bu barədə "Report"a Respublika Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev məlumat verib.

O bildirib ki, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

F.Əliyev qeyd edib ki, hazırda Qubadlı hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

***

Azərbaycan Ordusunun hərbi qulluqçuları həlak olub.

Bu barədə Poliqon-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 30-u xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitlərinin aşkar edilib.

"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Ağ Partiyasının sədri Tural Abbaslının deputatlığa namizədliyi qeydə alınıb

Əri tərəfindən binadan atılan Ayşənin görüntülərini yayan "Xaqocan" həbs

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu

“Linkoln”un baş məşqçisi: “Qarabağ” çox güclü idi

Ən çox oxunanalar