Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov COP29-a hazırlıq işləri ilə bağlı BMT nümayəndəsini məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Bik Lumu qəbul edib...

Bu barədə Poliqon-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə əməkdaşlıqdan irəli gələn məsələlər, habelə regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələrinin aradan qaldırılması, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində BMTQAK ilə həyata keçirilən birgə layihələrin əhəmiyyətini qeyd edib.

Vətəndaşlarımızın işğaldan azad olunmuş ərazilərə ləyaqətli qayıdışının təmininə istiqamətlənən “Böyük Qayıdış” proqramının ölkəmiz üçün əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırılıb və bu sahədə görülən işlər barədə qarşı tərəfə məlumat verilib.

Nazir həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı qarşı tərəfi məlumatlandıraraq, COP29 çərçivəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Azərbaycanlı məcburi köçkünlər üçün son 30 il ərzində çoxsaylı layihələr həyata keçirildiyi, onların öz yurdlarına qayıdışının təmin olunması, eləcə də ANAMA ilə birgə humanitar minatəmizləmə sahəsində maarifləndirmə işi ilə bağlı təmsil etdiyi qurum tərəfindən dəstək göstərilməsinə hazır olduqları BMT nümayəndəsi tərəfindən qeyd edilib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Poliqon.info


Etiket: Ceyhun Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

“WhatsApp”dan yeni funksiya: istifadəçilərin həyatını asanlaşdıracaq

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Ən çox oxunanalar