Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur meyxanaçının evinə basqın edildi    

Meyxanaçı Ələkbər Yasamallının evini talayaraq hədə-qorxu gələn şəxslərlə bağlı araşdırma aparılır...

 

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaş Ələkbər Akif oğlu Quliyevin müraciəti ilə bağlı ərazi üzrə müvafiq polis idarəsində araşdırma aparılır. Vətəndaşı narahat edən halların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi təmin olunacaq.

***

Meyxanaçı Ələkbər Yasamallının evini talayıblar.

Bu barədə "Qaynarinfo"ya onun özü məlumat verib.

Meyxanaçı bildirib ki, onun evinə gecə vaxtı bir dəstə adam daxil olub və bütün əşyalarını aparıblar:

"45 yaşım var, bundan sonra mənə torpağın üstü deyil, altı maraqlıdır. Burada söhbət konkret cinayət əməlindən gedir. 2005-ci ildə tikdiyim evin qarşısı yola açılır. Alverçi olmadığımdan həmin sahə ilə maraqlanmamışam. İndi bir dəstə adam gəlib mənə həmin ərazi üçün külli miqdarda pul təklif edib. Razı olmadım. Dedim ki, burada bir neçə adamın haqqı var, gedin onlarla razılaşın. Heç kəs razılaşmadı. Gördülər ki, razı olmadıq, zora əl atdılar. Evimi talayıblar, içərisində nə varsa, aparıblar. Hadisənin video görüntüləri var".

Meyxanaçı evinin talanmasında qazi Mirmövsüm Eynalovu ittiham edib:

"Məhəlləni əlimizdən alıb meyvə dükanı açmaq istəyirlər. Evin ustasını, gözətçisini hədələyirlər. Elə vəzifəli adamların adlarını çəkirlər ki, adamı vahimə basır. Mirmövsüm Eynalov hər gün gəlir, evdən çıxmağımızı tələb edir. Deyirəm ki, sən mənim evimdə meyvə satmaq istəyirsən, amma sənin əlin-qolun var. Şəhid balası torpağın altındadır. Sən onun torpağına əl qoyursan. Onun ailəsinin öz evində yaşaması daha çox onun haqqıdır. Gəl nə tikirsənsə tik, heç olmasa şəhidin balasının haqqını ver".

Ələkbər Yasamallı artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət olunduğunu qeyd edib:

"Məni qorxudur. Deyir ki, birbaşa yuxarıya çıxışım var. Eynalov qazidir, Şamaxıdandır, dediyinə görə, zavodu var, amma mənim bir tikəmi də əlimdən almaq istəyir. Onların evimə vurduğu ziyanın çəkilişləri var, hamısını hüquq-mühafizə orqanlarına təqdim etdim".

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

“WhatsApp”dan yeni funksiya: istifadəçilərin həyatını asanlaşdıracaq

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Ruslar Krımı tərk etməyə başlatyıb: Ekspert qaçışın səbəblərini açıqlayıb...

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Ən çox oxunanalar