Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yevlaxda qəzaya düşən hakim-inspektorun xəstəxanadan çıxacağı tarix bəlli olub

Yevlaxda avtomobil qəzasında xəsarət alan hakim-inspektor Ceyhun Haşımovun xəstəxanadan çıxacağı tarix bəlli olub.

Bu barədə “Report" a onun qardaşı Mübariz Haşımov məlumat verib.

FIFA dərəcəli referinin sözlərinə görə, dekabrın 16-da əməliyyat olunan Ceyhun Haşımov həftəsonu evə buraxılacaq: “Qardaşımın 4-5 gün sonra, təxminən həftəsonu evə buraxılması gözlənilir. Evdə həkimlərin nəzarəti altında müalicəsi davam etdiriləcək”.

M. Haşımov əməliyyatın uğurlu alındığını bildirib: “Süni çanaq qoyuldu. Süni oynaq başının bir hissəsi çanağın özünə, bir hissəsi isə bud sümüyünün içinə yerləşdirildi. Bud sümüyünün içindən çıxan başlıq çanağın içində oynayır. Həmin yer dağılmışdı, budun başlıq sümüyü çanağın oynaq dəliyini deşib qarına keçmişdi. İndi çanağın büd sümüyü ilə əlaqəsi var”.

FIFA dərəcəli hakim əlavə edib ki, həkimlər dünən qardaşını otuzdurmağa cəhd ediblər: “Bu, qismən alınıb. Bunun özü cüzi də olsa, müsbət nəticədir. Bugünlərdə qaldırıb ayaq üstə saxlamağa çalışacaqlar. Yaxın müddətdə iş fəaliyyətini bərpa etməsi nəzərdə tutulmayıb. Yeni çanağa öyrəşmək mərhələsi olacaq. Çünki bədən onu mənimsəməlidir. Xəstədə özünəinam olmalıdır ki, yeriməyə cəhd edə bilsin. Bədənə sonradan yerləşdirilən cihazdır, buna öyrəşmək lazımdır”.

Qeyd edək ki, dekabrın 10-da baş verən hadisə zamanı “Mingəçevir” – “Qaradağ Lökbatan” görüşünə təyinat alan Ceyhun Haşımov, Elmin Süleymanov, Rövşən Rəcəbov, Asif Abdullayev və Rəsul Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Həmin qarşılaşmada Rövşən Rəcəbov baş hakim, Elmin Süleymanov və Asif Abdullayev laysmanlar, Rəsul Babayev dördüncü hakim, Ceyhun Haşımov isə hakim-inspektor olub.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Qurban Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq

"Qarabağ" UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başlayıb - Yenilənib

Ən çox oxunanalar