Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ çiçəyim"dən təzminat tələb edən sahibkar butulka ilə döyülüb

Mağazası yanan sahibkar qadın "Ağ çiçəyim" gül mağazasının direktorundan təzminat tələb etdiyi üçün başından butulka ilə vurulub...

"Qaynarinfo"nun məlumatına görə, hadisə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Belə ki, 15 may 2024-cü ildə Azadlıq prospektində yerləşən "Ağ çiçəyim" mağazasında güclü yanğın baş verib.

Hadisə zamanı ümumi sahəsi 590 kvadratmetr olan gül mağazası və ümumi sahəsi 50 kvadratmetr olan "By Seva" geyim mağazası da yanıb. "By Seva" geyim mağazasının sahibi Sevinc Səfərova "Ağ çiçəyim" şirkətlər qrupunun rəhbəri Ceyhun Əliyevdən ziyanı qismən aradan qaldırmaq üçün təzminat tələb edib.

O, Hacıdan yeganə gəlir yeri olan işinə davam etməyinə kömək göstərməsini xahiş edib. Ceyhun Əliyev sahibkar qadına 5 000 manat pulu verəcəyini bildirsə də, sonradan müxtəlif bəhanələrlə bunu yubadıb. İyunun 4-də Sevinc Səfərova yenidən Ceyhun Əliyev və köməkçiləri ilə görüşüb. Sevinc Səfərova məhkəmədə iddia edib ki, həmin gün "Ağ çiçəyim"in Surə adlı əməkdaşı - "hacıdan niyə pul istəyirsən?" - deyərək əlindəki butulka ilə onun başına vurub.

Qadın polisə məlumat verərək, "Ağ çiçəyim"in sahibi tərəfindən döydürüldüyünü bildirib. Məhkəmə-tibbi ekspertizasında aparılan müayinə zamanı Sevinc Səfərovanın bədənində aşkar olunmuş xəsarətlərin - başın təpə nahiyəsinin qançır şişkinliyi, sol bazu və sağ əl nahiyələrinin qançırları bərk küt əşyanın (əşyalar) təsirindən zədə əmələ gəldiyi müəyyənləşib.

Təqsirləndirilən şəxs - 1970-ci ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı Surə Əliyeva (soyad şərti) məhkəmədə özünü təqsirli bilməyərək bildirib ki, Sevinc Səfərovanı təhqir etməyib, vurmayıb və heç bir xəsarət yetirməyib. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib və 400 manat cərimə edilib.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Ukraynanın Kurskdakı uğurunun əsas səbəbi - PUA hücumları...

Ən çox oxunanalar