Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

HƏMAS və FƏTH İsrailə qarşı ortaq hərəkət edəcəklər?

Fələstin mənşəli HƏMAS və FƏTH qruplaşmaları barışıblar...

Politoloq: “HƏMAS və FƏTH qruplaşmalarının barışması təəccüblü deyil”.

“HƏMAS və FƏTH qruplaşmalarının İsrailə qarşı ortaq hərəkət etməkləri gözləniləndir”.

Bu sözləri politoloq Kənan Novruzov HƏMAS və FƏTH qruplaşmalarının barışmasını Poliqon-a şərh edərkən qeyd edib.

Fələstin mənşəli HƏMAS və FƏTH qruplaşmaları uzun müddətdir davam edən qarşıdurmadan sonra barışıblar. Tərəflər arasında parçalanmanın bitməsi barədə razılıq Pekində imzalanıb.

HƏMAS və FƏTH-in barışması uzunmüddətli ola bilərmi? Eyni zamanda, onlar İsrailə qarşı ortaq hərəkət edəcəklər?

Mövzunu Poliqon-un əməkdaşı "Report" İnformasiya Agentliyinin əməkdaşı, politoloq Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Çox güman ki, HƏMAS və FƏTH qruplaşmaları arasındakı barışıq bir müddət davam edəcək”.

HƏMAS və FƏTH qruplaşmalarını masa arxasına gətirən səbəb də İsrailə qarşı birləşmək olduğunu düşünən politoloq əlavə edib ki, bəlkə də, təhlükə və təhdid olmasaydı onlar da birləşməzdilər:

“HƏMAS və FƏTH qruplaşmalarının barışması təəccüblü deyil. Çünki HƏMAS və FƏTH qruplaşmaları arasında müəyyən ziddiyyətlər olsa da, artıq onlar ortaq təhlükə və təhdidlə üzbəüzdürlər. Əslində bu təhdidin başında İsrail yox, ABŞ dayanır.

Bu gün ABŞ-ın xarici siyasətində əsas məqsədlərdən biri ərəb dövlətlərini, bu quruplaşmaları, islam quruplaşmaları zəiflətməkdir. Belə olan halda, təhlükəyə, təhdidə məruz qalan ərəblər arasında da ziddiyyətlər varsa, onların işi daha çətindir. Bu nöqteyi-nəzərdən HƏMAS və FƏTH qruplaşmaları arasında ziddiyyətlərin aradan qalxması gözlənilən idi. Çox güman ki, HƏMAS və FƏTH qruplaşmaları arasındakı barışıq bir müddət davam edəcək.

HƏMAS və FƏTH qruplaşmalarının İsrailə qarşı ortaq hərəkət etməkləri gözləniləndir. HƏMAS və FƏTH qruplaşmalarını masa arxasına gətirən səbəb də İsrailə qarşı birləşməkdir. Bəlkə də, təhlükə və təhdid olmasaydı onlar da birləşməzdilər”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Qurban Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq

Ən çox oxunanalar