Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sudan qiyamçıları İsveçrədəki atəşkəs danışıqlarında iştirak edəcək

Avqustun 14-də İsveçrədə keçirilməsi planlaşdırılan atəşkəs danışıqlarında yarımhərbiləşdirilmiş qüvvə olan Sudanın Çevik Reaksiya Qüvvələri (SRF) iştirak edəcək...

Poliqon xəbər verir ki, bu barədə SRF komandiri Məhəmməd Həmdan Daqlo X sosial şəbəkəsində məlumat verib.

ABŞ dövlət katibi Entoni Blinken Sudandakı münaqişə tərəflərini Səudiyyə Ərəbistanı və İsveçrənin birgə ev sahibliyi etdiyi bu danışıqlarda iştirak etməyə dəvət etdiyini açıqlayıb.

"ABŞ dövlət katibi Entoni Blinkenin elan etdiyi kimi, 14 avqust 2024-cü ildə İsveçrədə keçiriləcək atəşkəs danışıqlarında iştirak etmək niyyətimizi bildirməkdən məmnunam", deyə Məhəmməd Həmdan Daqlo bildirib.

O, həmçinin ABŞ, Səudiyyə Ərəbistanı və İsveçrənin bu müzakirələrin aparılmasında göstərdiyi səylərə görə minnətdarlığını bildirib.

Hazırda münaqişənin qarşı tərəfi olan Sudan Silahlı Qüvvələri bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Sudanda hökumətin mülki və hərbi komponentləri arasında münasibətlər 2020-ci ilin sentyabrında baş vermiş uğursuz çevriliş cəhdindən sonra gərgin olaraq qalır. Hərbçilərin baş nazir Abdalla Hamdokun keçid hökumətini istefaya göndərib fövqəladə vəziyyət elan etdiyi 2021-ci ilin oktyabrından bəri Sudanda hökumət fəaliyyət göstərmir.

Aprelin 15-də Xartumda Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri arasında qarşıdurma daha da şiddətlənib. Atışmalarda çoxlu sayda insan yaralanıb.

Poliqon.info

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

​​​​​​​Azər Maqsudovun məhkəməsi davam etdirilib, qızı ifadə verib

Amerikalı maqnat Baydeni neft qiymətləri şoklarına qarşı həssas olmaqda ittiham edib

COP zamanı IEA-nın hazırladığı Yol Xəritəsi nümayiş olunacaq

Ən çox oxunanalar