Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın kampaniyası Harrisdən şikayət etdi: 91,5 milyonu həyasızcasına mənimsəmək istəyir

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın seçki qərargahı bildirib ki, vitse-prezident Kamala Harrisin hazırkı dövlət başçısı Co Baydenin seçki kampaniyasından vəsait almaq hüququ yoxdur və bununla bağlı Federal Seçki Komissiyasına şikayət edib. 

Poliqon xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.

Şikayət Trampın seçki kampaniyasının baş müşaviri Devid Uorrinqton tərəfindən verilib. Keçmiş prezidentin komandası Harrisin Baydenin qalan kampaniya fondlarından qeyri-qanuni olaraq 91,5 milyon dollar almağa çalışdığını, pulun "həyasızcasına mənimsənilməsi"nin 1971-ci il federal seçki kampaniyası qanununun ən böyük pozuntusu ola biləcəyini söyləyib.

Harrisin nümayəndələri Tramp kampaniyasının iddialarını əsassız adlandırıblar.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Ehtimal edilirdi ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden Demokratlar Partiyası tərəfindən namizəd göstəriləcək. Lakin iyulun 21-də o, yarışdan çıxdığını elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasının namizədliyi uğrunda mübarizə aparır. İyulun 13-də Tramp Pensilvaniyada seçkiqabağı mitinq zamanı həyatına qəsddən sağ çıxıb. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib. Müalicə aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.

Poliqon.info

 

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Ukraynanın Kurskdakı uğurunun əsas səbəbi - PUA hücumları...

Yaxın zamanda bu bürcləri xoş xəbərlər gözləyir

Ən çox oxunanalar