Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Ermənistan Gürcüstandan yaxşı tale yaşayacaq deyil...

Avropa İttifaqı (Aİ) Şurası Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamağa qərar verib...

Xəyal Bəşirov: “Oksfordda keçirilən görüş zamanı Böyük Britaniyanın baş nazirinin təklif etdiyi Azərbaycan prezidenti ilə Ermənistan baş naziri görüşündən Ermənistanın imtina etməsinə görə bunu ona verilən mükafat kimi də qəbul etmək olar”.

Ermənistanda viza rejiminin liberallaşdırılmasıyla bağlı məsələdə Qərb bir addımla bir neçə hədəfin vurulması məsələsini real edib”.

Bu sözləri politoloq Xəyal Bəşirov Avropa İttifaqının Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamasını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı (Aİ) Şurası Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamağa qərar verib. Bu barədə məlumatı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yayıb. O, qəbul edilmiş “tarixi qərarlara” görə Avropa İttifaqına təşəkkür edib.

Viza rejiminin liberallaşdırılması bütövlükdə Ermənistanın Qərb strukturları tərəfindən ələ alınması demək deyilmi? Həmçinin, Avropa İttifaqı ilə viza rejiminin liderallaşdırılması Ermənistanın boşalmasına səbəb ola bilər?

Avropa İttifaqının Ermənistan siyasətini Poliqon-un əməkdaşı Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “Hər bir halda, bu Ermənistanın bütün istiqamətlərdə, o cümlədən insan kapitalı baxımından Qərbdən asılı olmasına gətirib çıxaracaq”.

Ermənistanın Avropa İttifaqına qəbul edilməsiylə bağlı məsələ gündəmə gətirilsə, bunun açıq-aşkar tələ olduğunu düşünən politoloq bildirib ki, bütün bunlar Qərbin Cənubi Qafqazla bağlı siyasətin iflasa uğramasıyla bağlı məsələlərdir:

Avropa İttifaqı Şurasıyla Ermənistan arasında viza rejimi liberallaşdırılması artıq bir neçə gündür ki, gündəmdədir. Əslində bu da təsadüfi deyil. Çünki Oksfordda keçirilən görüş zamanı Böyük Britaniyanın baş nazirinin təklif etdiyi Azərbaycan prezidenti ilə Ermənistan baş naziri görüşündən Ermənistanın imtina etməsinə görə bunu ona verilən mükafat kimi də qəbul etmək olar. Yəni hər birimiz bilirik ki, Ermənistanı həmin o görüşdən imtina etməyə təsir göstərən tərəf Avropa İttifaqıyla, Fransa və eyni zamanda bu məsələdə son zamanlar özünü maraqlı göstərən Bayden adminstrasiyadır. Təbii ki, Ermənistana bir jest edilməli idi. Maliyyə yardımı ayrılması və eyni zamanda viza rejiminin liberallaşdırılması kimi güzəştlərdən söhbət gedir.

Əslində biz bu məsələylə bağlı bir tarixi təcrübəni Gürcüstana münasibətdə görmüşük. Gürcüstan Sakiaşvilinin hakimiyyətə gəldiyi 2004-ci ildən 20 il ərzində Avropa İttifaqı ilə və digər Qərb strukturları ilə yaxınlaşma siyasəti apardı. İyirmi il ərzində Gürcüstanın atdığı addımlara cavab nə oldu? Gürcüstanı Avropa İttifaqına qəbul edildi, NATO-ya qəbul edildilər. Yalnız ən sonda Gürcüstanın bu məsələdə sərt mövqe ortaya qoymasından sonra bir neçə ay bundan öncə Tbilisinin Avropa İttifaqına üzvlüyünə namizədliklə bağlı qərar qəbul edildi. Gürcüstan tərəfindən daxildə bir qanunun qəbul edilməsi ilə 20 illik prosesin üzərindən bir xətt çəkildi. Yəni gürcü tərəfi artıq anladı ki, bu prosesin sonunda Gürcüstan müstəqil dövlət kimi deyil, müstəqil siyasət yürüdən tərəf kimi deyil, Avropa İttifaqının kollektiv Qərbin maraqlarına xidmət edən bir dövlət olmalıdır. Əslində bunu biz demirik, bunu Sakiaşvili də özünün son müsahibələrinin birində demişdi və həmən Sakiaşvili Qərbin sevdiyi siyasətçi idi. Sonda da həmin o saxta sevginin qurbanı oldu.

Ermənistan da Gürcüstandan yaxşı taleh yaşayacaq deyil. Ermənistanda viza rejiminin liberallaşdırılmasıyla bağlı məsələdə Qərb bir addımla bir neçə hədəfin vurulması məsələsini real edib. Bu məsələdə bir tərəfdən Ermənistanın Rusiyanın boyunduruğundan çıxarılması və tam şəkildə Qərbin nəzarəti altında olan bir dövlətə çevrilməsidir. Digər tərəfdən də, ermənilərin Avropaya axınının müəyyən qədər artırılmasıdır.

Xəyal Bəşirov: “Qərbin dediyi kimi onlara güclü Ermənistan lazım deyil”.

Bu da nəylə bağlıdır? 2011-ci ildə Liviya, Suriya, Yəmən, İraq və digər dövlətlərdə rejimlərin devrildi və orda Qərbin təsiri altında olan rejimlər hakimiyyətə gətirildi. Bu proses “ərəb baharı” adlandırıldı. Prosesindən sonra kütləvi şəkildə ərəblərin, yəni müsəlmanların Avropaya axını başladı. Bunun qarşısını ala bilmədilər. Buna görə də, bir hissəsini Türkiyə vasitəsilə almağa çalışdılar və istəsələr də istəməsələr də milyonlarla ərəb Avropaya axın etdi. Bunun qarşısını almaq və xristianlarla müsəlmanlar arasında balansın yaradılması üçün Rusiya-Ukrayna müharibəsindən də Qərb çox ciddi istifadə etdi. Ən azı 10 milyon ukraynalının Avropaya axını təbii ki, Qərb ölkələrinin marağında idi.

İndi də Ermənistana münasibətdə bu addımı atmağa çalışırlar. Çünki bildiyimiz kimi, Avropada demoqrafik böhran mövcuddur və bu gələcəkdə çox ciddi problemlərin yaşadacağını göstərir. Bunu nəzərə alsaq, Gürcüstandan sonra Ermənistana münasibətdə bu addımın atılması onsuz da insanların Ermənistandan kütləvi köçkünün mövcud olduğu dönəmdə bunu biraz da sürətləndirəcək.

Qərbin dediyi kimi onlara güclü Ermənistan lazım deyil. Ermənistanda insan kapitalının azaldılması özü özlüyündə bu qüvvələrə güclü Ermənistanın lazım olmadığının bariz nümunəsidir və Ermənistan onlara yalnız dayaq nöqtəsi kimi lazımdır. Gələcəkdə Azərbaycana, Rusiyaya, İrana, hətta Türkiyəyə qarşı istifadə edilməsi üçün onlara lazım olsun.

Təbii ki, bu köç Ermənistanın boşaldılmasına gətirib çıxaracaq. Bu da qüvvələr tərəfindən hesablanıb. Hətta, o boşluğu doldurmaq üçün ora yəqin ki, kimlərin köçürülməsiylə bağlı planlarını da tərtib ediblər. Hər bir halda, bu Ermənistanın bütün istiqamətlərdə, o cümlədən insan kapitalı baxımından Qərbdən asılı olmasına gətirib çıxaracaq. Əgər bu belə deyilsə, Qərb həqiqətən də güclü Ermənistan istəyirsə, o halda onlar Ermənistanın gücləndirilməsini ilk öncə Ermənistana müstəqil iqtisadiyyat yaratmaqla edə bilərdilər.

Xəyal Bəşirov: “Bu gün kollektiv Qərbin yürütdüyü bu siyasət Ermənistan vasitəsilə Cənubi Qafqazda güclənməyə hesablanıb”.

Görünən tərəf odur ki, Ermənistanla bağlı olan plan bu gün ümumilikdə Bayden adminstrasiyasının rəhbərlik etdiyi ABŞ başda olmaqla, Qərbin Cənubi Qafqazla bağlı yürütdükləri siyasətin uğursuzluğa düçar olmasının bariz nümunəsidir. Qərb o vəziyyətə düşüb ki, Cənubi Qafqazda 30 ildən artıq bir müddətdə Rusiyadan bütün istiqamətlərdə aslı vəziyyətdə qalan, Rusiyanın bir əyaləti kimi mövcud olan, KTMT kimi Rusiyanın nəzarəti altında olan bir təşkilata üzv olan, Avrasiya İqtisadi İttifaqına üzv olan və ümumilikdə Rusiyadan aslı vəziyyətdə qalan bir dövlətdən yapışıb.

Təbii ki, burada hansısa uğuru əldə edəcəkləri gələcəyin məsələsidir. Amma hər bir halda, nəzərə alaq ki, bu gün kollektiv Qərbin yürütdüyü bu siyasət Ermənistan vasitəsilə Cənubi Qafqazda güclənməyə hesablanıb. Bu viza rejiminin liberallaşdırılması, Ermənistanın Qərb strukturlarına qəbul edilməsi, Avropa İttifaqına, NATO-ya bunların hamısı qeyri-real məsələlərdir. Bunlar mümkünsüz məsələlərdir. Biz bunu ən azı Gürcüstanın timsalında gördük, Avropa İttifaqına üzvlüyünə haqqını çoxdan qazanmış Türkiyənin timsalında görmüşük və ümumiyyətlə Türkiyə ilə Ermənistanı müqayisə etmək yəni ağılsızlıq olardı.

Bununla müqayisədə, Ermənistanın Avropa İttifaqına qəbul edilməsiylə bağlı məsələ gündəmə gətirilsə, bu açıq-aşkar tələdən, şirnikləndirməkdən başqa bir şey deyil. Ona görə də, mən düşünürəm ki, bütün bunlar Qərbin Cənubi Qafqazla bağlı siyasətin iflasa uğramasıyla bağlı məsələlərdir ki, bu gün biz bunu Ermənistana münasibətdə onların siyasətində görürük”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Ukraynanın Kurskdakı uğurunun əsas səbəbi - PUA hücumları...

Yaxın zamanda bu bürcləri xoş xəbərlər gözləyir

“Araz Market” müştərini aldatdığı üçün cərimələndi

Ən çox oxunanalar