Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əcnəbilərin “ASAN Viza” sistemində dəyişiklik... - Arzuolunmaz şəxslərin əhv edilməsi doğru addımdır?

Prezident İlham Əliyev ötən gün "“ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb...

Politoloq: “Hal-hazırda Azərbaycan öz ərazilərini tam şəkildə azad edib və suverenliyini bərpa edəndən sonra, visa qanununda dəyişikliyin edilməsini müsbət hal hesab edirəm”.

“Əslində, bu addımın mahiyyəti həm də ondan ibarətdir ki, həmin şəxslər o cümlədən, xarici ölkə vətəndaşları işğaldan azad olunmuş bölgələrə səfər etməklə orada aparılan bərpa-quruculuq, yenidənqurma işləri ilə tanış ola bilərlər”.

Bu sözləri politoloq Oktay Qasımov əcnəbilərin “ASAN Viza” sistemində edilən dəyişikliyi Poliqon-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyev ötən gün "“ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, əcnəbilərin “ASAN Viza” sistemi vasitəsi ilə elektron viza alması üçün tələb olunan məlumatların siyahısında dəyişiklik edilib. Beləliklə, artıq əcnəbilərdən sistemə Ermənistan Respublikası tərəfindən işğal edilən Azərbaycan Respublikasının keçmiş “Dağlıq Qarabağ” bölgəsinə və digər rayonlarına 1991-ci ildən sonra səfər edib-etmədiyi barədə məlumat daxil etməsi tələb olunmayacaq. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir. Bu sənədə görə, Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslərin siyahısına daxil etdiyi əcnəbilərin bundan sonra Azərbaycan Respublikasına giriş-çıxışının necə ola biləcəyi maraq doğurur.

Bəs, arzuolunmaz şəxslərin Qarabağın işğaldan azad edilməsindən sonra şərtlərin dəyişməsinə görə əfv edilməsi doğru addımdır?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Oktay Qasımov ilə müzakirə edib.

Oktay Qasımov: “Azərbaycana qarşı beynəlxalq səviyyədə aparılan qərəzli kompaniyanın nə qədər əsassız olduğunu göstərmək imkanları daha da artır”.

Həmin şəxslərə də nə qədər qərəzli mövqe tutmalarına baxmayaraq müəyyən əhv verildiyini vurğulayan politoloq bildirib ki, bundan sonra onlar Azərbaycan Respublikasının qanunları əsasında Azərbaycan Respublikasına o cümlədən, işğaldan azad olunan ərazilərə azad şəkildə səyahət edə bilərlər:
“Bildiyimiz kimi, işğal dövründə bir çox xarici ölkə vətəndaşları qeyri-qanuni olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə o cümlədən, Qarabağ bölgəsinə Ermənistan Respublikası üzərindən səyahətlər edirdilər. Qeyd olunan hallarla bağlı Azərbaycan Respublikası da konkret addımlar atıb. Həmin şəxslər qara siyahıya salınıblar.

Hal-hazırda Azərbaycan öz ərazilərini tam şəkildə azad edib və suverenliyini bərpa edəndən sonra, visa qanununda dəyişikliyin edilməsini müsbət hal hesab edirəm. Çünki artıq bundan sonra həmin şəxslərə də nə qədər qərəzli mövqe tutmalarına baxmayaraq müəyyən əhv verilir. Bundan sonra onlar Azərbaycan Respublikasının qanunları əsasında Azərbaycan Respublikasına o cümlədən, işğaldan azad olunan ərazilərə azad şəkildə səyahət edə bilərlər.

Əslində, bu addımın mahiyyəti həm də ondan ibarətdir ki, həmin şəxslər o cümlədən, xarici ölkə vətəndaşları işğaldan azad olunmuş bölgələrə səfər etməklə orada aparılan bərpa-quruculuq, yenidənqurma işləri ilə tanış ola bilərlər. Eyni zamanda, Azərbaycana qarşı beynəlxalq səviyyədə aparılan qərəzli kompaniyanın nə qədər əsassız olduğunu göstərmək imkanları daha da artır.

Bu baxımdan hesab edirəm ki, bu fərman müsbət əhəmiyyətə malik olan bir fərmandır”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Qurban Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq

Ən çox oxunanalar