Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın sülh sazişi üzərindən manipulyasiyalara getməsi nədən xəbər verir?

“Hraparak” nəşrinə görə, Ermənistan hakimiyyətinin sülh müqaviləsinin imzalanmasına yaxın olduğuna dair verdiyi vədlərin əksinə olaraq, bu, ən azı yaxın 2 ildə baş verməyəcək...

Politoloq: “Erməni tərəfinin sülh sazişi ilə bağlı manipulyasiya etməsi onu göstərir ki, Ermənistan sülh sazişini tez zamanda imzalamaq istəmir”.

“Belə görünür ki, qısa müddət ərzində, ən azından bu il ərzində Ermənistan hansısa bir referenduma və konstitusiya dəyişikliyinə gedə bilmir. Belə olan təqdirdə də, sülh sazişinin yaxın bir il ərzində imzalanması qeyri-mümkün görünür”.

Bu sözləri politoloq Tural İsmayılov Ermənistanın “Hraparak” nəşrinin sülhlə bağlı iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanın “Hraparak” nəşrinə görə, Azərbaycan Prezidentinin şənbə günü Şuşadan verdiyi bəyanatlardan məlum olub ki, Ermənistan hakimiyyətinin sülh müqaviləsinin imzalanmasına yaxın olduğuna dair verdiyi vədlərin əksinə olaraq, bu, ən azı yaxın 2 ildə baş verməyəcək.

Erməni tərəfinin sülh sazişi üzərindən manipulyasiyalara getməsi nədən xəbər verir?

Ermənistanın sülhdən qaçmaq niyyətlərini Poliqon-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “Son dövrlər Avropa qurumları tərəfindən Ermənistana müxtəlif vədlərin verilməsi, yardımların ayrılması, Ermənistanla Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması ilə bağlı ortaq anlaşmanın olması, Ermənistanın ərazilərində Avropa İttifaqının mülki missiyası adı altında təxribat qurumlarının olması və Fransanın Ermənistanı dayanmadan silahlandırması Ermənistanın sülhdən yayınmasına səbəb olur”.

COP29 ərəfəsində hansısa bir çərçivə sənədinin və yaxud da sülhlə bağlı niyyət sazişinin imzalana biləcəyini vurğulayan politoloq qeyd edib ki, indiki dövrdə bu daha real görünür:

“Erməni tərəfinin sülh sazişi ilə bağlı manipulyasiya etməsi onu göstərir ki, Ermənistan sülh sazişini tez zamanda imzalamaq istəmir. Son dövrlər Avropa qurumları tərəfindən Ermənistana müxtəlif vədlərin verilməsi, yardımların ayrılması, Ermənistanla Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması ilə bağlı ortaq anlaşmanın olması, Ermənistanın ərazilərində Avropa İttifaqının mülki missiyası adı altında təxribat qurumlarının olması və Fransanın Ermənistanı dayanmadan silahlandırması Ermənistanın sülhdən yayınmasına səbəb olur.

Əlbəttə, Ermənistanın sülh sazişi məsələsində manipulyasiyalara getməyi həm də onunla bağlıdır ki, bu məsələdə Paşinyan pozitiv bəyanatlar versə də, əslində praktikada Ermənistanın heç bir formada sülhlə razılaşmadığını göstərir. Bildiyimiz kimi, sülh sazişi çox geniş anlayışdır. Tamamilə yetkin və bitkin, geniş sülh sazişinin imzalanması üçün mütləq şəkildə Azərbaycan ərazilərinə qarşı olan iddialar Ermənistan konstitusiyasından çıxarılmalıdır.

Tural İsmayılov: “Ermənistanın sülh sazişi məsələsində manipulyasiyalara getməyi həm də onunla bağlıdır ki, bu məsələdə Paşinyan pozitiv bəyanatlar versə də, əslində praktikada Ermənistanın heç bir formada sülhlə razılaşmadığını göstərir”.

Ermənistan bütövlükdə öz konstitusiya dəyişikliyini həyata keçirmək üçün yəqin ki, referendum həyata keçirəcək. Bu da qısa müddətdə baş verməyəcək. Buna görə də, Ermənistanın konstitusiyaya dəyişikliyi məsələsi və sülh sazişi məsələsində mövqelərində Azərbaycan tərəfinin tələbləri haqlıdır, beynəlxalq hüququn normalarına uyğundur.

Belə görünür ki, qısa müddət ərzində, ən azından bu il ərzində Ermənistan hansısa bir referenduma və konstitusiya dəyişikliyinə gedə bilmir. Belə olan təqdirdə də, sülh sazişinin yaxın bir il ərzində imzalanması qeyri-mümkün görünür. Amma ola bilsin ki, COP29 ərəfəsində hansısa bir çərçivə sənədi və yaxud da sülhlə bağlı niyyət sazişi imzalana bilər. İndiki dövrdə bu daha real görünür”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Qurban Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq

Ən çox oxunanalar