Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan Qarabağı itirmədi, hüquqi və tarixi baxımdan Qarabağ olduğu yerə qayıtdı” - Xronika

Bu gün "Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib...

“Report” xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi ehtiyatda olan ədliyyə polkovniki İlham Məmmədov olub.

O, bir neçə gün əvəl Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündən, son vaxtlar Ermənistanda müşahidə olunan siyasi proseslərdən söz açıb.

Onun sözlərinə görə, TDT-nin yaradılması ideyası Azərbaycana məxsusdur: “Ermənistan başqa xalqlara nifrət ideologiyasından qurtulsa, siyasi burulğandan çıxacaq. Cənubi Qafqazda təhlükəsizliyin qorunmasında Azərbaycanın göstərdiyi səylər yüksək qiymətləndirilir. Üç il əvvəl 44 günlük müharibədə Azərbaycan suveren ərazilərində hakimiyyətini bərpa etdi. Bu gün sərhədlərin müəyənləşmə prosesi gedir. Ermənistan Qarabağı itirmədi, hüquqi və tarixi baxımdan Qarabağ olduğu yerə qayıtdı. Ən yaxşısı Ermənistanın Azərbaycanla 3-cü tərəfi cəlb etmədən danışıqlar aparmasıdır. Çünki sülh Ermənistanın özü üçün lazımdır”.

Ehtiyatda olan ədliyyə polkovniki vaxtilə Qarabağ separatçılarının Xocalı və digər dəhşətli sayqırımlar törətdiyini, onlardan bəzilərinin Azərbaycanda həbsdə olduğunu söyləyib: “Xocalı faciəsinin günahkarları ədalət qarşısında cavab verməlidirlər. Bizim Qarabağda törədilən cinayətlərə etinasızlıq göstərməyə haqqımız yoxdur”.

Ermənistan-Azərbaycan arasında perspektivdə yeni hərbi gərginliyin müşahidə olunma ehtimalının az olduğunu vurğulayan İ.Məmmədov Qərbi azərbaycanlıların qayıdışı məsələsinə də toxunub: “Qərbi azərbaycanlıların geri qayıtması məsələsi həll edilməlidir. Azərbaycan heç bir etnik fərq qoymur və bu, dünya üçün çox yaxşı nümunədir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə iyulun 23-də saat 18:30-da "Baku TV"nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Rusiya rəsmilərinə "Telegram"da yazışmaları silmək tapşırıldı

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Xərçəng böhranı : ABŞ şirkəti anti-Rusiya sanksiyalarına görə müflis olur...

Ən çox oxunanalar