Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Rusiyanın su elektrik bəndinə hücumu nəticəsində dağılmış Ukraynanın Kaxovka su anbarına həyat qayıdır...

Poliqon bu barədə The Guardian qəzetinə istinadən xəbər verir.

"Burada baş verənlər möcüzədir. Bəzi fidanların hündürlüyü artıq 4 metrə çatır. Planetin başqa heç bir yerində belə şey yoxdur. Hətta Amazonlar da buna yaxınlaşmayacaq", deyə ekoloq Vadim Manyuk bildirib.

Onun sözlərinə görə, burda 50 və ya 60 ildən sonra yetişəcək ağaclar sehirli palıd meşələri yaradacaq. Qeyd olunur ki, zərbədən bir-iki ay sonra burada ilk yaşıl tumurcuqlar yaranıb.

"Keçən ilin avqustunda orada idim. Artıq parlaq yaşıl idi. Mən şoka düşdüm, yaxşı mənada. Əvvəllər burada çoxlu su var idi. İnsanlar ondan çox istifadə etmirdilər. İndi bura həyəcanlı və həyat doludur", deyə ekoloq əlavə edib.

Qeyd olunur ki, Dnepr çayı əvvəlki məcrasını alıb və orada səkkiz onillikdə görünməyən balıqlar, o cümlədən nərə və siyənəklər yenidən peyda olub.

Xortitsa Milli Qoruğunun təbiəti mühafizə şöbəsinin rəhbəri Mixaylo Mulenko bildirib ki, Kaxovka SES-in partlamasından sonra yerli sakinlər üçün su itkisi sosial-iqtisadi zərbədir. Amma eyni zamanda o, əlavə edib ki, su anbarı təbiətə zərərlidir və indi baş verənlərdən dəyişiklik üçün istifadə etmək şansı var.

Qeyd edilir ki, keçmiş su anbarının ərazisində biomüxtəliflik çiçəklənir, qamışlıqlarla örtülmüş gölməçələr və laqonlar silsiləsi yaranıb.

Mulenkonun sözlərinə görə, yeni ekosistem sarı qarınlı qurbağaların və su ilanlarının sayını artırıb. Qum qaranquşları suyun səthində uçur, xallı milçəklər isə bol həşəratların cəlb etdiyi ağacların zirvələrində xırıltı ilə səslənir. Bundan əlavə, bu yaxınlarda orada qırmızı ördəklər və Kanada qazları müşahidə olunur. Adada həmçinin kiçik cüyür və xallı marallar yaşayır.

"Müəyyən mənada bu möcüzədir. Avropada belə bir şey yoxdur", deyə Mulenko bildirib.

Suyun geri çəkilməsinin 1950-ci illərdən bəri gizlədilmiş arxeoloji abidələri üzə çıxardığı göstərilir:

"Onların arasında tunc dövrünə aid kurqanlar, skif qabları və kazak istehkamları, həmçinin III əsr qotları və orta əsr tatarlarından qalan digər artefaktlar var. Sovetlər Rusiyadan əvvəlki zəngin tarixinin kökünü kəsmək üçün onların bir çoxunu qəsdən su altında qoyub".

Xerson vilayətinin irsin mühafizəsi idarəsinin rəis müavini Denis Sikozan qeyd edib ki, bu obyektlər haqqında az şey məlumdur: 20-ci əsrin əvvəllərində aparılan qazıntılarda köhnə üsullardan istifadə edilib və hazırda bu ərazi təhlükəlidir və hərbi zonadır.

"Biz onları araşdırmaq istərdik. Hazırda bu mümkün deyil. Bu, heç vaxt olmaya bilər. Və təbii ki, bizim işğal olunmuş ərazilərə çıxışımız yoxdur", deyə o bildirib.

Xatırladaq ki, 2023-cü il iyunun 6-na keçən gecə rus qoşunları bir ildən artıqdır nəzarətdə saxladıqları Kaxova SES-i partladıblar. Bu yaxınlarda məlum olub ki, Ukraynanın dövlət şirkəti "Ukrhidroenerqo" raket zərbələri nəticəsində su elektrik stansiyalarına dəyən ziyanın ödənilməsi üçün Rusiyaya qarşı iddia hazırlayır. Kaxovka SES-in dağıdılmasına görə Rusiyadan təzminat almaq istəyirlər.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Ukraynanın Kurskdakı uğurunun əsas səbəbi - PUA hücumları...

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Yaxın zamanda bu bürcləri xoş xəbərlər gözləyir

“Araz Market” müştərini aldatdığı üçün cərimələndi

Ən çox oxunanalar