Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Azərbaycana gəlib

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkayanın başçılıq etdiyi nümayəndə heyəti ilə iyulun 24-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində görüş keçirilib...

Poliqon Konstitusiya Məhkəməsinə istinadən xəbər verir ki, nümayəndə heyəti görüşdən əvvəl Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub.

Sonra Şəhidlər xiyabanı, “Türk Şəhidliyi” abidəsi ziyarət edilib.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində keçirilən görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan-Türkiyə əlaqələrinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” tezisinə əsaslandığını bildirib.

Sədr vurğulayıb ki, iki qardaş ölkə arasındakı münasibətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində durmadan inkişaf edir. Ölkələrimiz arasında qardaşlıq sarsılmazdır. Böyük geosiyasi və iqtisadi potensiala malik qardaş ölkələrimizin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq əməkdaşlığının inkişafının daha da gücləndirilməsinə yönəlib.

Sədr diqqətə çatdırıb ki, iki qardaş ölkə arasında hüquqi əməkdaşlıq uğurla inkişaf edir. Hər iki ölkənin Konstitusiya məhkəmələri də bu əməkdaşlığa öz töhfələrini verir. Azərbaycan və Türkiyə arasında olan sıx hüquqi əməkdaşlıq məhkəmə təcrübəsinin öyrənilməsi və aktual hüquqi məsələlər ətrafında fikir mübadiləsinin aparılması baxımından məhkəmə-hüquq təsisatlarının praktiki fəaliyyəti üçün çox vacibdir. Konstitusiya ədalət mühakiməsi orqanları arasındakı əməkdaşlıq həm ikitərəfli, həm Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı (TÜRK-AY), həm də digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.

Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq, o cümlədən hər iki məhkəmə arasında qarşılıqlı dəstək və anlaşma əsasında uğurla inkişaf edir. Konstitusiya məhkəmələri arasında məhkəmə-hüquq mübadiləsi konstitusiya ədalət mühakiməsinin səmərəliliyini artıracaq, beynəlxalq səviyyədə isə məhkəmələrin bir çox məsələlər üzrə bir mövqedən çıxış etməsinə xidmət göstərəcək.

Söhbət zamanı geniş fikir mübadiləsi aparılıb, məhkəmə-hüquq təcrübəsinə toxunulub, hüquqi məsələlər müzakirə olunub.

Görüşdə hər iki tərəfdən Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Sonda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar.

Poliqon.info

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Qurban Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq

"Qarabağ" UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başlayıb - Yenilənib

Səudiyyə Ərəbistanı 2025-ci ildə ilk kiberidman Olimpiya Oyunlarına ev sahibliyi edəcək

İsmayıllıda 38 yaşlı kişi şəlalədən yıxılaraq ölüb

Ən çox oxunanalar