Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni ifaçının mənimsədiyi “Qarabağ” mahnısı musiqi platformalarından silinib

Erməni ifaçısı Gor Yepremyanın azərbaycanlı bəstəkar Bəhram Nəsibova məxsus “Qarabağ” mahnısının musiqisi əsasında çəkdiyi klip "Youtube"dan sonra digər bütün musiqi platformalarından silinib...

Bu barədə Poliqon-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Agentliyin dəstəyi ilə bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun adından Agentlikdə akkreditasiyadan keçmiş “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) - https://rays.az/ texniki yardımı ilə “Youtube” administrasiyasına edilmiş müraciət əsasında B.Nəsibovun müəllif hüquqularının pozulması səbəbindən Gor Yepremyanın ifa etdiyi “Sirun jan” adlı mahnı “Youtube” tərəfindən “Youtube” platformasından və “CD BABY” distribütor şirkəti tərəfindən isə “Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və digər rəqəmsal musiqi platformalarından silinib.

"Bundan başqa, Harout Pamboukjianın ifa etdiyi “Aghji jan” mahnısının musiqisi də Azərbaycan bəstəkarı B.Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının musiqisi ilə üst-üstə düşdüyü üçün həmin mahnı “Youtube” tərəfindən eyniadlı platformasından silinib. Bununla da “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözlərinin və musiqisinin Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olması və erməni ifaçı Gor Yepremyan tərəfindən B.Nəsibovun müəllif hüquqularının pozulması “Youtube” rəhbərliyi və “Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və digər rəqəmsal musiqi platformaları tərəfindən öz təsdiqini tapmış və bəstəkarın pozulmuş hüquqları bərpa edilib", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilmiş və onun ifasında “Sirun jan” adı altında “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “Youtube” platformasında yerləşdirilmişdi.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Ukraynanın Kurskdakı uğurunun əsas səbəbi - PUA hücumları...

Ən çox oxunanalar