Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaponiya sahillərində batırılan ABŞ sualtı qayığı 75 ildən sonra tapılıb

ABŞ alimlərindən ibarət tədqiqatçı qrup Yaponiyanın cənub sahillərində 75 il bundan əvvəl itmiş sualtı qayıq aşkar ediblər...

"Report" xəbər verir ki, LOST-52 qrupu ABŞ-a məxsus sualtı qayığı Okinava prefekturasının əsas adasından cənub-qərb istiqamətində 435 metr məsafədə tapıb.

1944-cü ildə “USS Grayback” adlı sualtı qayıq Yaponiya yaxınlığında olarkən onunla əlaqənin kəsildiyi qeyd olunur. Tədqiqatçı qrupunun təqdim etdiyi videoda qayığın adının əks olunduğu plastik lövhə, həmçinin gövdə və vint aydın görünür.

Qrupun bildirdiyinə görə, sualtı qayıq 1944-cü il fevralın 26-da yapon bombardmançı təyyarələri tərəfindən batırılıb. Qayığın göyərtəsində 80 nəfər olub. “USS Grayback” sualtı qayığı II Dünya müharibəsi vaxtı çoxlu sayda yapon gəmilərini, o cümlədən göyərtəsində 600 nəfər mülki vətəndaş olan “Konan-Maru” gəmisini batırması ilə məşhur idi.

Bildirilib ki, bu tapıntı tarix barədə yeni müzakirələrlə yanaşı, müharibədə həlak olanların xatirəsinin anılması baxımından da əhəmiyyətlidir.

pia.az


Etiket: sualtı qayıq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən şəxsin kimliyi məlum olub - Yenilənib

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay