Ermənilərin Qərbdəki havadarları yenidən ölkəmizə qarşı təzyiqlərə başlayıblar...
Siyasi-şərhçi: “Ermənilərin bu tələbi beynəlxalq qanunlara ziddir və Azərbaycanda haqlı olaraq hüququ əsas götürərək bu məsələdə ermənilərə cavab verməlidir”.
“Əgər qarşılığında Zəngəzur məsələsində biz irəliləyiş əldə edəcəyiksə və yaxud onun müqabilində müharibəsiz ərazi bütövlüyümüzü artırmaq imkanı yaranacaqsa, hətta bu məsələdə belə Azərbaycan müəyyən güzəştlərə əl ata bilər”.
Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli ermənilərin Qarabağa qaytarılması tələbinin Azərbaycandan istənilməsini Poliqon-a şərh edərkən qeyd edib.
Son zamanlar ermənilərin Qərbdəki havadarları yenidən ölkəmizə qarşı təzyiqlərə başlayıblar. Xüsusilə, Azərbaycanda həbsdə olan separatçıların azadlığa buraxılması, habelə, ermənilərin Qarabağa qaytarılması başlıca “tələblərdir”.
Beynəlxalq qanunlara zidd olaraq hərbi cinayətkarların azad edilməsini və Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən separatçıların ölkəmizə qaytarılması kimi tələblər irəli sürənlər Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı görünürlərmi?
Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.
Kamran Məmmədli: “Bu siyasətdir və siyasətdə bəzən nədənsə imtina edərək daha böyük qazanc əldə etmək mümkündür”.
İndiki şərtlər əsasında ermənilərin bizdən bu tələbinin mümkünsüz olduğunu vurğulayan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, gələcəkdə bu məsələ ermənilərin təkliflərindən asılı olaraq gündəmə gələ bilər və açıq saxlana bilər:
“Ermənilərin bu tələbi beynəlxalq qanunlara ziddir və Azərbaycanda haqlı olaraq hüququ əsas götürərək bu məsələdə ermənilərə cavab verməlidir. Ümümiyyətlə, burada əsas sülh sazişində ermənilərin bu tələbin qarşılığında bizə nə verəcəyidir. Əgər qarşılığında Zəngəzur məsələsində biz irəliləyiş əldə edəcəyiksə və yaxud onun müqabilində müharibəsiz ərazi bütövlüyümüzü artırmaq imkanı yaranacaqsa, hətta bu məsələdə belə Azərbaycan müəyyən güzəştlərə əl ata bilər .
Bu siyasətdir və siyasətdə bəzən nədənsə imtina edərək daha böyük qazanc əldə etmək mümkündür. Türkiyədə tutulan rahib Bransonu yada salaq. Türkiyə həmin cinayətkarı öz maraqları və daha böyük qazanc naminə azad edərək ABŞ-ya göndərdi. Heç kəs burada Türkiyənin geri addım atdığını düşünmədi. Və yaxud hərbi əsirlər məsələsi, bir əsirin müqabilində 50 əsiri xilas etmək olacaqsa, bu da böyük qazancdır.
Bu səbəbdən hesab edirəm ki, indiki şərtlər əsasında ermənilərin bizdən bu tələbi mümkünsüzdür və real deyil. Lakin gələcəkdə bu məsələ ermənilərin təkliflərindən asılı olaraq gündəmə gələ bilər və açıq saxlana bilər. Ancaq bu barterin qarşılığında ermənilərin bizə verəcəyi daha böyük bir şey olmalıdır. O da ki, hazırda real görsənmir. Belə olduğu halda bu məsələ də bizim üçün qapalıdır”.
Nərminə UMUDLU
Poliqon.info