Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Qazax rayonunun Qızılhacılı kəndində mina partlayışı hadisəsi baş verib...

“Report”un Qərb bürosunun məlumatına görə hadisə nəticəsində xəsarət alan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu gizir Xəyal Ədinəqulu oğlu Əhədli və Minatəmizləmə Agentliyinin əməkdaşı Afiq Müşviq oğlu Mehdizadənin ayağı pəncə hissəsindən amputasiya edilib.

***

Avqust ayının 2-də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı 19 aprel 2024-cü il tarixdə əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar partlayıb.

Poliqon xəbər verir ki, bu barədə Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti və Minatəmizləmə Agentliyinin (ANAMA)birgə məlumatında bildirilib.

Hadisə nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu gizir Əhədli Xəyal Ədinəqulu oğlu və Minatəmizləmə Agentliyinin əməkdaşı Mehdizadə Afiq Müşviq oğlu minatəmizləmə işləri zamanı xidməti vəzifələrini icra edərkən piyada əleyhinə mina partlayışı nəticəsində ayaq nahiyəsindən xəsarət alıblar.

Agentliyin əməkdaşları Ələkbərov Elçin İlham oğlu və Mirzəyev Yavər Gəray oğlu isə qəlpə yaraları alıblar.

Xəsarət alan şəxslər ilkin tibbi yardım göstərilməklə dərhal xəstəxanaya çatdırılıblar. Həyatları üçün təhlükə yoxdur.

Hazırda Şəmkir hərbi və Qazax rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalistin iştirakı ilə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Faktla bağlı prokurorluq orqanlarında araşdırma aparılır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər

Azərbaycanda halal hotellər istifadəyə veriləcək - Video

NATO gələn həftədən nüvə təlimlərinə başlayır

Ən çox oxunanalar