Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankarada Rusiya ilə Qərb arasında məhbus mübadiləsi aparılır - Yenilənib

Rusiya ilə Qərb arasında məhbusların mübadiləsi çərçivəsində azad edilən şəxslərin siyahısı açıqlanıb...

APA “The İnsider”ə istinadən xəbər verir ki, Rusiya Qərb ölkələrinə aşağıdakı şəxsləri təhvil verəcək:

- Evan Gerşkoviç,

- Vladimir Kara-Murza,

- Liliya Çanışeva,

- İlya Yaşin,

- Kseniya Fadeeva,

- Andrey Pivovarov,

- Pol Uilan

-Alsu Kurmaşeva,

- Oleq Orlov,

- Saşa Skoçilenko,

- Diter Voronin,

- Kevin Lik

- Riko Krieger

- Patrik Şobel

- Herman Moyjes,

- Vadim Ostanin.

Və əvəzində Qərb ölkələri Rusiyaya təhvil verəcək:

- Vadim Krasikov (Almaniya)

- Artem Dultsev (Sloveniyadan),

- Anna Dultseva (Sloveniyadan),

- Mixail Mikuşin (Norveçdən),

- Pavel Rubtsov (Polşadan),

- Roman Seleznev (ABŞ-dan),

- Vladislav Klyuşin (ABŞ-dan),

- Vadim Konoşenko (ABŞ-dan).

***

Rusiya ilə Qərb arasında məhbusların mübadiləsi çərçivəsində azad edilən bəzi şəxslərin adları məlum olub.

APA “Bloomberg“ə istinadən xəbər verir ki, Rusiyanın azad edəcəyi şəxslər arasında jurnalist Vladimir Kara-Murza var. O, dövlətə xəyanət və Rusiya ordusu barədə saxta məlumatların yayılmasında təqsirli bilinərək, 2023-cü il aprelin 17-də 25 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

Qarşılıqlı razılaşma əsasında azad edilənlərin arasında “Azadlıq Radiosu”nun əməkdaşı Alsu Kurmaşeva, Almaniyada çeçen əsilli səhra komandirini qətlə yetirməkdə təqsirli bilinərək ömürlük həbs cəzası alan Rusiya Federal Təhülkəsizlik Xidmətinin keçmiş əməkdaşı Vadim Krasikov, eləcə də Rusiyanın xeyrinə casusluqda ittiahm edilən Artyom və Anna Dultseva da daxildir.

Nəşr qarşılıqlı mübadilə siyahısında ümumilikdə 24 nəfərin yer aldığını bildirib.

***

ABŞ, Almaniya, Rusiya və digər ölkələrin iştirakı ilə məhbus mübadiləsi aparılır.

APA xəbər verir ki, bu barədə CNN bildirib.

CBS telekanalı isə xəbər verir ki, Moskva ilə Qərb arasında əsir mübadiləsi sazişinin şərtlərinə əsasən səkkiz rusiyalı ölkələrinə qaytarılacaq.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Ən çox oxunanalar