Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

COP29 sədrliyi beynəlxalq foto müsabiqəsinə start verib

COP29 sədrliyi “İqlim fəaliyyəti fotoobyektivdə” adlı beynəlxalq foto müsabiqəsinə start verib...

“Report” xəbər verir ki, bu barədə COP29-un “X”dəki səhifəsi məlumat yayıb.

“Dünyanın hər yerindən fotoqraflar iqlim dəyişmələrinin mahiyyətini öz fotoobyektivləri vasitəsilə ifadə etməyə, iqlim problemlərinin icmalara, landşaft və ekosistemlərə təsirini nümayiş etdirməyə dəvət olunur”, - paylaşımda qeyd edilir.

Fotomüsabiqənin konseptual xətti COP29 konfransının mövzuları ilə ahəngdə olaraq dünyanın hər yerində məskunlaşan icmalara, onların mədəni həyatı və ətraf mühitin qorunmasındakı roluna, eyni zamanda iqlim dəyişmələrinin landşaft və ekosistemlərə təsiri, bu təsirlərə məruz qalan flora və faunaya yönəlib. Belə ki, meşələrin və biomüxtəlifliyin mühafizəsi, su ehtiyatlarının idarə olunması, dayanıqlı kənd təsərrüfatı, iqlim dəyişmələrinə adaptasiya, mədəni irsin qorunması kimi mövzular layihənin tematik əsasını təşkil edir.

Ümumilikdə, müsabiqəyə qəbul edilən fotoşəkillər “İqlim dəyişmələrinin təsirləri”, “Iqlim həlləri və innovasiyalar”, “Gənclər və təhsil”, “Flora və fauna” olmaqla dörd müxtəlif kateqoriya üzrə təsnifatlandırılacaq. Fotoşəkillər yaradıcı yanaşma, texniki bacarıq, təsirli mesaj mahiyyəti kimi müxtəlif meyarlar üzrə ekspertlər qrupu tərəfindən qiymətləndiriləcək. Qalib fotoqrafların çəkdiyi fotoların COP29 konfransı zamanı xüsusi ekspozisiyada yer alması onlara öz istedadlarını dünyaya tanıtmağa imkan yaradacaq.Bununla yanaşı, seçilən fotoşəkillər konfransın rəsmi veb-saytı və sosial media kanalları daxil olmaqla müxtəlif platformalarda geniş nümayiş etdiriləcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Polşa klubunun futbolçusu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Ən çox oxunanalar