Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib...

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Cəbəllütariqin "Linkoln" kollektivini qəbul edib.

Qarşılaşma Azərbaycan çempionunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

17, 31 və 44-cü dəqiqədə fərqlənən Olavio Juninyo het-trik edib. 66-cı dəqiqədə Yassin Benzia adını tabloya yazdırıb. 72-ci dəqiqədə Leandro Andrade baxımlı qolla yadda qalıb.

Səfərdə rəqibini iki cavabsız topla üstəyən "köhlən atlar" hər iki oyunun nəticəsinə əsasən III təsnifat mərhələsinə yüksəlib.

"Qarabağ" bu raundda "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. İlk matçda "Ludoqorets" qələbə qazanıb - 2:0.

***

Bakıda "Qarabağ" və "Linkoln" klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında növbəti qol vurulub.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu beşinci dəfə topu rəqib qapısından keçirib. - 5:0.

"Köhlən atlar"ın heyətində 72-ci dəqiqədə Leandro Andrade fərqlənib.

***

Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında növbəti qol vurulub.

"Report"un məlumatına görə, Azərbaycan çempionu dördüncü dəfə topu rəqib qapısından keçirib. - 4:0.

"Köhlən atlar"ın heyətində 66-cı dəqiqədə Yassin Benzia fərqlənib.

***

Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Azərbaycan çempionunun üstünlüyü davam edir - 3:0.

"Köhlən atlar"ın hər üç qolunu Olavio Juninyo vurub.

Braziliyalı forvard 17, 31 və 44-cü dəqiqədə qonaqları məyus edib.

***

Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında ikinci qol vurulub.

"Report"un məlumatına görə, Azərbaycan çempionunun heyətində Olavio Juninyo özünün və komandasının ikinci qoluna imza atıb.

Braziliyalı forvard 31-ci dəqiqədə dubl edib.

***

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün baş tutacaq.

“Qarabağ” – “Linkoln” (Cəbəllütariq) matçının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov ilk oyundakı start heyətinə şans verib.

Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək matç saat 20:00-da başlayacaq.

Komandalar aşağıdakı heyətlə çıxacaqlar:

Qarabağ: Fabian Buntiç, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Toral Bayramov, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo

Linkoln: Santana, İbrahim Ayyu, Bernardo Lopes, Munyos, Sergent, Nano, Yahaya, Torrilla, Valarino, Pedro Martin, Britto.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb - Yenilənib

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Elxan Şahinoğlundan Ağdamın icra başçısına ismarıc...

Politoloq: Blinken o dərəcədə güclü diplomatik gedişlər edə bilməz...

Politoloq: Belə görünür ki, savaş qapıdadır...

Ən çox oxunanalar