Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatlığa namizəd həbs edildi

İyulun 30-da Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində 1971-ci il təvəllüdlü Cavadov Nazir Ağacavad oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi faktına görə başlanmış cinayət işi üzrə Sumqayıt şəhər polis idarəsində ibtidai istintaq davam etdirilir...

İstintaqla 46 saylı Sumqayıt beşinci seçki dairəsindən 01.09.2024-cü il tarixdə keçiriləcək növbədənkənar parlament seçkisində deputatlığa namizədliyi qeydə alınmış 1989-cu il təvəllüdlü Taleh Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nazir Cavadova kəsici-deşici alətlə qəsdən zərbə vuraraq onun sağlamlığına ağır xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Taleh Məmmədovun namizədliyi 29.07.2024-cü il tarixdə qeydə alındığından Azərbaycan Respublikası Cinayət-Prosessual və Seçki məcəllələrinin tələblərinə əsasən Baş prokuror tərəfindən onun cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verilib.

Toplanmış sübutlar əsasında Taleh Məmmədova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan olunub, əməlin ağırlıq dərəcəsi və xarakteri nəzərə alınaraq barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

Birinci Qarabağ müharibəsinin şəhidi Surxay Məmmədov Daşkəsəndə dəfn edilib - Yenilənib

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Dövlət qulluqçularının ömürlük müavinətinin hansı halda dayandırılacağı məlum olub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay