Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Ermənistan sülh masasına oturmaq istəmir...

Kiprdə Ararat Mirzoyan ermənilərin Qarabağdan zorla köçürüldüyünü iddia edərək onların geri qaytarılmasına vurğu edib...

Zeynal Əmrəliyev: “Qarabağ mübahisəli ərazi deyil. Ararat Mirzoyanın dediyi o halda ola bilərdi ki, Qarabağ mübahisəli ərazi olardı”.

“Təəssüflər olsun ki, Ermənistan sülh məsələsindən boyun qaçırmağa çalışır. İndi də Ermənistan müxalifət bəhanələrlə məsələni yubatmağa çalışır və bu məsələdə Qarabağ ermənilərini vasitə hesab edir”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev Ermənistanın xarici işlər nazirinin Qarabağ erməniləri ilə bağlı dediyi fikirləri Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kipr Respublikasında rəsmi səfərdə olarkən kiprli həmkarı Konstantinos Kombos ilə birgə mətbuat konfransında Azərbaycanla sülh prosesinə toxunarkən çox qəribə açıqlamalar verib. Bir yandan Azərbaycanla sülhə yaxın olduqlarını və İrəvanın sülh sazişini imzalamağa hazır olduğunu qeyd edən Mirzoyan, digər tərəfdən də ermənilərin Qarabağdan zorla köçürüldüyünü iddia edərək onların geri qaytarılmasına vurğu edib. Lakin bu zaman Mirzoyan ermənilərin Qarabağa Azərbaycan vətəndaşı olaraq deyil, BMT qarantisi altında qayıtmalarını nəzərdə tutur.

Ermənistanın bu mövqeyi əslində Azərbaycanda separatizmi davam etdirmək niyyətindən xəbər vermirmi və bu halda hər addımda Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edən İrəvanın sülhə hazır olduğunu göstərirmi?

Azərbaycan-Ermənistan münasibətlərinin son vəziyyətini Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

Zeynal Əmrəliyev: “Ermənistan sülh masasına oturmaq istəmir və əlində olan bütün vasitələrlə çalışır ki, sülh müqaviləsi imzalanmasın”.

Kimlərinsə yenə Ermənistanın qulağına nəsə pıçıldadığını vurğulayan politoloq Poliqon-a bildirib ki, böyük ehtimalla bu Ermənistanı silahlandıran dövlətlərdir:

“Təəssüflər olsun ki, Ermənistan sülh məsələsindən boyun qaçırmağa çalışır. İndi də Ermənistan müxalifət bəhanələrlə məsələni yubatmağa çalışır və bu məsələdə Qarabağ ermənilərini vasitə hesab edir. Qarabağ ermənilərinin Ermənistandan normal şəkildə köçdüyünü hər kəs bilir. Yəni beynəlxalq normalara əsasən Azərbaycan həmin insanlara müraciət etmişdi ki, onlar Azərbaycan vətəndaşlığını qəbul edəcəklərsə, orada yaşa bilərlər.

Qarabağ mübahisəli ərazi deyil. Ararat Mirzoyanın dediyi o halda ola bilərdi ki, Qarabağ mübahisəli ərazi olardı. Qarabağ beynəlxalq qanunla de-fakto və de-yure Azərbaycan əraziləridir. Azərbaycan ərazisində yaşamaq istəyən şəxs Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Bu təklif də onlara verilmişdi.

Eyni zamanda, onların başqa seçimi də həmin torpaqları tərk etmək idi. Onlar da bu seçimi seçdilər və Qarabağdan çıxıb getdilər. Onlara qarşı hər hansı təzyiq və zorakılıqdan istifadə olunmadı. Azərbaycan onlara təzyiq etmək istəsəydi, müharibə dövründə edərdi. Amma müharibə dövründə belə, həmin vətəndaşlara qarşı heç bir addım atılmadı.

Zeynal Əmrəliyev: “Əgər Ermənistan revanşa cəhd edərsə, bu onun sonu ilə nəticələnəcək. Onlar bunu bilməlidirlər”.

Bu sadəcə olaraq baş aldatmaq missiyasıdır. Ermənistan baş nazirinin Londonda prezident İlham Əliyevlə görüşdən qaçması və digər atılan addımlar Ermənistanın sülh məsələsinə yaxın durmamasını göstərir. Yəni Ermənistan sülh masasına oturmaq istəmir və əlində olan bütün vasitələrlə çalışır ki, sülh müqaviləsi imzalanmasın.

Görünür ki, kimlərsə yenə Ermənistanın qulağına nəsə pıçıldayıblar. Böyük ehtimalla bu Ermənistanı silahlandıran dövlətlərdir. Məlum olduğu kimi, son zamanlar Ermənistana aşırı dərəcədə silahlar göndərilir. Ancaq bu Ermənistanı xilas etməyəcək. Əgər Ermənistan revanşa cəhd edərsə, bu onun sonu ilə nəticələnəcək. Onlar bunu bilməlidirlər.

Ermənistan üçün ən gözəl variantı Azərbaycanla sülh masasına oturaraq sülh müqaviləsini imzalamaqdır. Əksi Ermənistan üçün yaxşı heç nə ilə nəticələnməyəcək. Bunu da Paşinyan höküməti başa düşməlidir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay