Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Antarktidada buzlağın altında qeyri-adi həndəsi naxışlar tapılıb

İsveçin Göteborq Universitetinin alimləri Qərbi Antarktidadakı Dotson buz şelfinin altındakı damcıları xatırladan 400 metr uzunluğa çatan qeyri-adi strukturlar aşkar ediblər...

Poliqon xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

2022-ci ildə tədqiqat qrupu buzlaqın alt səthini diqqətlə skan etmək üçün sonarla uzaqdan idarə olunan avtomobildən istifadə edib. Bu, onlara buzaltı quruluşun ən ətraflı təsvirini yaratmağa imkan verib.

Məlum olub ki, buzlaqın əsası kələ-kötür zirvələrdən çıxan damcıları və buzdakı çökəklikləri xatırladan qəribə naxışlarla örtülüb. Mütəxəssislər hesab edirlər ki, bu formalar buzun qeyri-bərabər əriməsi nəticəsində yaranıb. Buzlağın alt tərəfi boyunca axan su Yerin fırlanması ilə hərəkət edir.

Alimlər həmçinin aşkar ediblər ki, buzlaq ən intensiv şəkildə sualtı cərəyanların onun əsasını aşındırdığı yerlərdə əriyir. Tədqiqatçılar izah ediblər ki, buzlaqdakı çatlar ərimiş suların səthə çıxmasına şərait yaradır və ərimə prosesini sürətləndirir.

Dotson buz şelfi son 25 ildə əhəmiyyətli dərəcədə kiçilib. Onun əriməsi hər il Cənubi Okeana 40 milyard ton şirin su əlavə edərək, dəniz səviyyəsinin qalxması problemini daha da artırır.

Alimlər yaxın onilliklərdə buzlaqın mümkün sürətlə məhv olmasından narahat olduqlarını bildiriblər. Bu, dəniz səviyyəsinin 3,4 metrə qədər qalxmasına səbəb ola bilər.

Poliqon.info

 


Etiket: Antarktida


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Ən çox oxunanalar