Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN başçısı Avropa Şurasının Baş katibini antiterror tədbirlərinin məqsədi barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinnoviç Buriç ilə görüş keçirib...

Bu barədə Poliqon-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

XİN başçısı Azərbaycanla AŞ arasında əməkdaşlığın önəmini qeyd edib. Tərəflər hər iki tərəf üçün prioritet istiqamətlərdə müxtəlif proqramların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Azərbaycan ilə AŞ arasında mövcud Fəaliyyət Planı çərçivəsində texniki yardımların həyata keçirilməsinin vacib olduğu bildirilib.

Nazir Ermənistan və onun yaratdığı qondarma rejim tərəfindən həyata keçirilən hərbi-siyasi təxribatlar barədə qarşı tərəfə ətraflı məlumat verib.

Bölgədə hal-hazırda həyata keçirilən antiterror tədbirinin əsas məqsədinin qanunsuz erməni silahlı qüvvələrinin tərksilah edilməsi və qanunsuz rejimin buraxılması olduğu diqqətə çatdırılıb. Azərbaycanın mülki əhalini və obyektləri hədəf almadığı, yalnız qeyri-qanuni erməni silahlı birləşmələrini hədəf aldığı vurğulanıb.

Bununla yanaşı, Laçın yolu ətrafında səslənən iddiaların siyasi manipulyasiya olduğu qeyd edilib. Mövcud vəziyyətlə bağlı beynəlxalq təşkilatların və tərəfdaşların Azərbaycan tərəfindən məlumatlandırılmasına baxmayaraq, reallığı əks etdirməyən birtərəfli, qərəzli yanaşmanın nümayiş etdirilməsinin təəssüf doğurduğu müqabil tərəfin diqqətinə çatdırılıb.

Görüşdə, həmçinin gündəlikdə duran aktual məsələlər və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə müzakirələr aparılıb.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Ən çox oxunanalar