Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda un ucuzlaşıb

Ötən ayla müqayisədə hazırda Azərbaycanda unun topdansatış qiyməti azalıb...

İqtisadiyyat.az xəbər verir ki, iyulun 18-dən etibarən istehsalçılar unun qiymətini 1 manatdan çox azaldıblar.

Açıqlanan rəsmi məlumatda ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26,8-28,5 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 28,3-29,5 manat təşkil edirdi. Ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC, ən bahalısı isə "Azeri-Arapoğlu U.S. və T.LTD" BM tərəfindən bazara təqdim olunur.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bununla bağlı açıqlamasında deyib ki, ölkədə unun qiymətinin artımına heç bir əsas yoxdur:

"Hətta Rusiyadan idxal etdiyimiz buğdanın qiymətində çox cüzi artım olsa da, ümumilikdə apardığımız hesablamalar göstərir ki, son bir neçə ayda ucuzlaşma müşahidə olunur. Çünki taxıl idxalçıları həmişə beş-altı aylıq ehtiyat yığırlar. Dövlət Taxıl Fondu da bununla bağlı açıqlama vermişdi ki, Azərbaycanın buğda ehtiyatı altı ay müddətinə kifayət edir. Yəni biz altı ay bundan sonra buğdaya olan ehtiyacımızı tam ödəyə bilərik".

Son aylar rəsmi məlumatda un məmulatlarının qiymətində artımın qeydə alındığını xatırladan ekspert bildirib ki, buna baxmayaraq, bu dövrdə buğdanın idxal dəyərində və qiymətində enmə müşahidə edilir:

"Yəni heç bir əsas olmadığı halda unun qiyməti artmışdı, indi isə onun qiymətinin salınması üçün əsaslar var. Biz görürük ki, daxildə buğda istehsal olunur, biçin işləri həyata keçirilir və həmin buğdadan artıq istifadə etmək mümkündür. Bütün bu mənzərə onu deməyə əsas verir ki, yaxın bir zamanda Azərbaycanda unun, çörəyin qiymətində artım olmamalıdır. Un, çörək istehsalçıları artıma getməməlidirlər. Əgər gedirlərsə, onlar başqa bir əsas gətirə bilərlər.

Daşınma xərclərinin artdığını deyə bilərlər. Amma ümumi apardığımız müşahidələr onu deməyə əsas verir ki, dünyada buğdanın qiymətində artım yoxdur. Əgər bundan sonra azalma bir az da olarsa, bu, daxildə unun qiymətinin enməsinə əsas verməlidir. Yəni Azərbaycanda olan daşınma xərcinin artımı tədarük olunan buğdanın qiymətinin enməsi hesabına kompensasiya olunmalıdır və daşınmaya görə Azərbaycanda qiymət artımı baş verməməlidir".

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına əsasən, un istehsalçılarının hazırda topdansatış qiymətlərini təqdim edirik:

Poliqon.info

 


Etiket: Un


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə paylaşım edib

Naftalanda bir qrup şəxs sərxoş vəziyyətdə ictimai qaydanı pozub

ABŞ mediası İlham Əliyevin Şuşa Qlobal Media Forumunda çıxışından yazır

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Baş prokuror: Mətbuatda yayılan məlumatlar əsasında 4 cinayət işi başlanılıb

II Qlobal Media Forumunda iştirak edən xarici qonaqlar Şuşada gəzib, Gövhər ağa məscidində olublar

Ən çox oxunanalar